“TurStat” portalı qarşıdan gələn Yeni il bayramı üçün hazırlanmış küknarların hündürlüyünə görə MDB ölkələri paytaxtlarının reytinqini tərtib edib.
“Report” xəbər verir ki, 40 metrlik bayram küknarı ilə Aşqabadın başçılıq etdiyi reytinqdə Bakı “Azneft” meydanında qurulan 34 metrlik bayram ağacı ilə dördüncü yerdədir.
Eyni zamanda Moskvada qurulan 27 metr hündürlüyündə Yeni il küknarının MDB paytaxtlarındakı bənzər ağaclar arasında yeganə təbii ağac olduğu bildirilir.