Çərşənbə axşamı , May 14 2024
azenru
Home / Xəbərlər / Azərbaycanın dağ-xizək kurortları MDB-nin “TOP-10” reytinqindədir

Azərbaycanın dağ-xizək kurortları MDB-nin “TOP-10” reytinqindədir

Azərbaycanın iki dağ-xizək kurortu MDB məkanında ən yaxşılar sırasındadır.

MDB-nin qış kurortlarına turlar və tətil təkliflərinin təhlili əsasında “TurStat” agentliyinin tərtib etdiyi reytinqə əsasən, “Tufandağ” (Qusar rayonu) və “Şahdağ” (Qəbələ rayonu) dağ-xizək kurortları “TOP-10”a daxil edilib.

Reytinqin tərtibatçıları MDB məkanında xizək və snoubord üzrə ən yaxşı kurortların Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan və Ermənistanda yerləşdiyini vurğulayıb.

Qış kurortlarına turlar və tətil təkliflərinin təhlilinə əsasən, MDB ölkələri arasında ilk onluğa həmçinin Qazaxıstandakı Çimbulak, Altay Alpları və Nurtau, Belarusdakı Loqoysk və Siliçi, Ermənistandakı Tsaxkadzor, Qırğız Respublikasındakı Karakol və Özbəkistandakı Çimgən kurortları daxil edilib.

Mənbə: Report.az

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir