Bazar , May 5 2024
azenru
Home / Xəbərlər / Beynəlxalq tədbirlərdə Qarabağın turizm imkanları təbliğ olunub

Beynəlxalq tədbirlərdə Qarabağın turizm imkanları təbliğ olunub

9-10 dekabrda Azərbaycan Turizm Bürosunun tərəfindən Cənubi Asiya ölkələrinin iştirak etdiyi “Travel Meet Asia 2020” və Özbəkistanın turizm şirkətlərinin qatıldığı “Tour Expo Tourism Fair” adlı virtual tədbirlərdə Qarabağ və onun turizm imkanları təbliğ edilib.
Tədbirlər çərçivəsində keçirilmiş görüş və vebinarlarda iştirakçılara Azərbaycanın, xüsusilə işğaldan azad edilmiş ərazilərin turizm imkanları haqda məlumat verilib.
“Travel Meet Asia” roudşousuna 300-ə yaxın xarici turizm təşkilatı ilə birgə Azərbaycanı təmsil edən 6 turizm şirkəti qatılıb. ATB əməkdaşları ümumilikdə 12-dən çox şirkətlə onlayn görüş keçiriblər.
“Tour Expo Tourism Fair” sərgisində Özbəkistanın 150-ə yaxın turizm şirkəti təmsil olunub. ATB tərəfindən ümumilikdə 16 B2B (Biznesdən-biznesə) formatlı görüş keçirilib.
Virtual görüşlərdə Azərbaycanda müalicəvi turizm məhsullarına maraq ifadə olunub, həmçinin birgə turların təşkilinin zəruriliyi qeyd edilib.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir