Şənbə , Aprel 27 2024
azenru
Home / Xəbərlər / Elazığda azərbaycanlı tələbələr təxliyə edilir

Elazığda azərbaycanlı tələbələr təxliyə edilir

Türkiyədə yaşayan azərbaycanlılara məxsus Asasmedia.info saytı Azərbaycana məxsus təyyarənin Elazığ bölgəsində yerə endiyini yazıb. Həmçinin, bununla bağlı fotoşəkil paylaşılıb. Bu barədə rəsmi qurumlardan hər hansı açıqlama yoxdur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı başsağlığı məktubunda Elazığda baş vermiş güclü zəlzələilə bağlı bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğunu bildirib.

Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyə olunması istiqamətində tədbirlər görülür. 

Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Artıq, Türkiyənin zəlzələnin baş verdiyi Elazığ şəhərindən yola çıxan ilk avtobusdakı azərbaycanlı tələbələr Naxçıvan Muxtar Respublikasına çatdırılıb. 

Bu barədə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi məlumat yayıb.

“Elazığdan yola çıxan ilk avtobusdakı 42 tələbəmiz artıq Naxçıvana çatdırılıb”, – deyə səfirliyin məlumatında bildirilir. Qeyd edək ki, Malatyada təhsil alan azərbaycanlı tələbələr də ötən gün vətənə yola salınıb.

 

turkustan.info

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir