Türkiyə mətbuatı xəbər verir ki, hadisə İstanbulun Sabiha Gökçen hava limanında baş verib. İzmir-İstanbul səfəri edən təyyarə eniş zamanı qəzaya uğrayıb. Sonra təyyarədə yanğın baş verib. Yanğın söndürülüb.
Təyyarənin içərisində 177 sərnişinin olduğu deyilir. Son məlumatlara əsasən sərnişinlər təxliyə olunur.
Sabiha Gökçendə təyyarə qəzasından sonra hava limanında uçuşlar dayandırılıb. Yaralı və itki ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
Azerbaycan24