Koronavirus səbəbiylə dünyada həyəcan daha da artır. Əvvəllər bütün ölkələrdə qonaqpərvərliklə qəbul edilən İtaliyalı turistlərdən indi çekinirlər və ümumiyyətlə təyyarələrini belə eniş etməsinə icazə vermirlər.
Beləliklə, bazar ertəsi İtalyan xəbər agentliyi ANSA-dan aldığımız məlumata görə, Mavritaniya İtaliyadan “Alitalia” reysi ilə gələn 300 turisti qəbul etməyib. Əvvəlcə Mavritaniya hakimiyyəti bütün turistəri təyyarədən buraxılmasına imtina edib, lakin uzun sürən müzakirələrdən sonra yalnız İtaliyanın cənub bölgələrindən olan turistlərə təyyarədən enməyə icazə verilib.
İtaliyanın şimalından gələn turistlərə isə layneri tərk etməyə icazə verilməyib, onlar potensial koronavirus daşıyıcıları olaraq yenidən İtaliyaya deportasiya ediliblər.
Xatırladaq ki, bazar günü axşam koronavirusla əlaqədar İtaliya ilə Avstriya arasında qatarların hərəkətinə qadağa qoyulub.
Travelnews.az