Tokio Olimpiadası 2020-ci ildə keçirilməsinin ləğvi barədə qərar qəbul edildiyi halda 1 və ya 2 il müddətinə təxirə salına bilər.
Bu barədə “Wall Street Journal” Yaponiyanın Təşkilat komitəsinin üzvü Haruyuki Takahaşiyə istinadən xəbər verir.
H.Takahaşi bildirib: “Mən düşünmürəm ki, Oyunlar ləğv ediləcək, bu, təxirə salınma olacaq. Beynəlxalq Olimpiya Komitəsi Oyunların ləğv edildiyi halda çətinliklə üzləşəcək”.
Komitə üzvü qeyd edib ki, tədbiri bir ilədək təxirə salmaq çətin olacaq, çünki bu halda Oyunlar digər vacib idman tədbirləri ilə eyni vaxtda keçiriləcək.
Onun sözlərinə görə, Oyunları iki il müddətinə təxirə salmaq daha asan olacaq, çünki gələn il üçün bütün idman tədbirlərinin cədvəli demək olar ki, tamamilə razılaşdırılıb.
Trend.az