Cümə axşamı , Noyabr 21 2024
azenru
Home / Xəbərlər / “Gələcəkdə turizm sektoruna yeni yanaşmalar meydana çıxacaq”

“Gələcəkdə turizm sektoruna yeni yanaşmalar meydana çıxacaq”

Dünyada turizm sahəsi üzrə fəaliyyət göstərən bir sıra mütəxəssislər gələcəkdə turizm sektorunun əvvəlki illərdən fərqli olacağını proqnozlaşdırırlar.

Bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

O vurğulayıb ki, insanlar yaxın illərdə səyahətlərini planlaşdırarkən sanitar-epidemioloji vəziyyətə və digər amillərə daha diqqətlə yanaşacaqlar: “İnsanların sağlamlıqlarının təmin edilməsi, tibbi mühafizə turizmdə ən vacib məsələlərdən biri olacaq. Beləliklə də, ölkələri və hotelləri seçərkən bu kimi məsələlərə daha çox diqqət ayıracaqlar. Turizm yaxın illərdə fərqli şəraitdə olacaq”.

Xatırladaq ki, koronavirus pandemiyasının dünyada və Azərbaycanda yayılması ilə turizm sahəsinə əsaslı şəkildə mənfi təsir edib. Bu təsiri azaltmaq üçün turizm sahəsində fəaliyyət göstərən subyektlərə dövlət dəstəyinin həyata keçirilməsi nəzərdə tutulur. Ölkədə turizm sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştlərinin tətbiqi gözlənilir. Vergi güzəştlərinin tətbiqi Milli Məclisdə bununla bağlı qanun layihəsinin təsdiqlənməsindən sonra mümkün olacaq.

Report

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir