Çərşənbə axşamı , Noyabr 5 2024
azenru
Home / Xəbərlər / Azərbaycan vətəndaşlarının bu ölkəyə girişi qadağan olunur

Azərbaycan vətəndaşlarının bu ölkəyə girişi qadağan olunur

Yaponiya hökuməti COVID-19 pandemiyası ilə bağlı səyahət məhdudiyyəti tətbiq edilmiş ölkələrin siyahısına aralarında Azərbaycanın da olduğu 13 ölkəni daxil etdi.

Travelnews.Az Report-a istinadən xəbər verir ki, ölkənin xarici işlər naziri Toşimitsu Motegi mətbuat konfransı zamanı həmin ölkələrə və ya oradan səfərlərlə bağlı xəbərdarlığı “səviyyə 3” olan ikinci ən yüksək səviyyəyə qaldırdıqlarını qeyd edib.

Adıçəkilən ölkələrdən Yaponiyaya girişə dair məhdudiyyətin müvafiq məşvərətlərdən sonra Milli Təhlükəsizlik Şurası və hökumətin aidiyyəti qurumlarında koronavirusla bağlı növbəti müzakirələr zamanı təsdiqlənərək iki həftə müddətinə tətbiq ediləcəyi bildirilir. Həmin ölkələr sırasında Azərbaycandan başqa, Qazaxıstan, Maldiv, Meksika, Kolumbiya, Uruqvay, Honduras və Afrikanın 5 ölkəsi olduğu diqqətə çatdırılıb.

Sözügedən qərarla “səviyyə 3” xəbərdarlığının şamil olduğu ölkə və bölgələrin sayı 100-ə çatdırılacaq.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir