Cümə , May 3 2024
azenru
Home / Destinasiyalar / Türkiyədə turistlər üçün yeni – MƏHDUDİYYƏTLƏR

Türkiyədə turistlər üçün yeni – MƏHDUDİYYƏTLƏR

Türkiyə xarici turistlər üçün yeni məhdudiyyətlər tətbiq edəcək.

TravelNews.Az xəbər verir ki, bu barədə ATOR Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoya istinadla məlumat yayıb.

Nazirin sözlərinə görə, hakimiyyət xaricdən gələn bütün əcnəbiləri və yerli vətəndaşları ölkənin hava limanlarında COVID-19 testindən keçməyə məcbur edəcək.

Qeyd olunur ki, iyun ayından etibarən ölkənin Səhiyyə Nazirliyi Türkiyənin əsas hava limanlarında sərnişinlərdə virusun olub-olmadığını yoxlayan xüsusi laboratoriyalar təşkil edəcək.

Testlərin pasport nəzarətindən keçməzdən əvvəl aparılacağı və iki-üç dəqiqədən çox çəkməyəcəyi qeyd edilir. Hər bir sərnişin nəticəni beş-altı saatdan sonra biləcək. Nəticənin müsbət olduğu təqdirdə turist dərhal hoteldə təcrid olunacaq və onun əlaqə dairəsi müəyyənləşdiriləcək.

Oxu

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir