Bazar , Aprel 28 2024
azenru
Home / Təşkilat və Operatorlar / Qubadlının gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb

Qubadlının gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb

Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Qubadlının gəzməli-görməli yerləri haqqında tanıtım video çarxı hazırlanıb.

Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəsmi  tvitter səhifəsində etdiyi paylaşımla məlumat verib.

“30 il ərzində erməni vandalizmi nəticəsində bir çox turistik məkanlarımız viran edilib. Qələbədən sonra Qarabağın turizm potensialı inkişaf etdiriləcək”, -deyə Fuad Nağıyev qeyd edib.

Çarxda Qubadlının gəzməli-görməli yerləri, o cümlədən XIX əsrə aid olan məşhur “Hacı Bədəl körpüsü”, 1867-ci ildə Bərgüşad çayının üzərində altı oval, üstü düz bir formada inşa edilən  Laləzar körpüsü, ХVIII əsrə aid  edilə Məmər kəndindəki tarixi məscid, Azərbaycanın  səkkizguşəli türbələri arasında unikal formaya “Gürcülü türbəsi”, Sarıbulaq, Paşa bulağı, Şirin bulaq, Məşhədi Allahverdi bulağı kimi müalicəvi bulaqları, VI və VII əsrlərə alban abidələri, Qubadlının simvolu hesab edilən özünəməxsus qoç heykəllər və qoş qəbir daşları, V əsrə aid Göy Qala, Qalalı qalası kimi qədim qalalar haqqında məlumatlar təqdim olunur.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir