Cümə , Noyabr 22 2024
azenru
Home / Nəqliyyat / Türkiyədə bir sıra daxili uçuşlar bərpa edilir

Türkiyədə bir sıra daxili uçuşlar bərpa edilir

Türkiyədə iyunun 1-dən bir sıra daxili uçuşlar bərpa edilir.

Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu ölkənin nəqliyyət və infrastruktur naziri Adil Karaismayıloğlu deyib.

Onun sözlərinə görə, ilk uçuşlar İstanbuldan Ankaraya, İzmirə, Antalyaya və Trabzona həyata keçiriləcək. Digər hava limanlarından uçuşlar mərhələli şəkildə bərpa ediləcək: “İlk uçuş yerli vaxtla saat 10:00-da İstanbuldan Ankaraya həyata keçiriləcək”.

Nazir vurğulayıb ki, bütün hava limanlarında koronavirus infeksiyasına qarşı zəruri tədbirlər görülüb, müvafiq sertifikatlar verilib.

A.Karaismayıloğlu əhalini hava nəqliyyatından istifadə etməkdən qorxmamağa çağırıb.

Trend

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir