Çərşənbə , May 15 2024
azenru
Home / Xəbərlər / AZTA İqtisadiyyat nazirliyinə müraciət ünvanlayıb

AZTA İqtisadiyyat nazirliyinə müraciət ünvanlayıb

Azərbaycan Turizm Assosiasiyası (AZTA) İqtisadiyyat nazirliyinə müraciət ünvanlayıb. Assosiasiyanın İqtisadiyyat nazirliyinə müraciəti icazələr portalında xüsusi karantin dövründə icazə verilən sahələrə uyğun fəaliyyət növləri siyahısında “turizm” bölməsinin olmamasıdır.

Müraciətdə deyilir,

Azərbaycanın turizm sektoru koronavirus pandemiyasının təsirindən ən çox əziyyət çəkən sahələrdəndir, bununla belə, hazırda daxili turizmin inkişafı, hotel biznesinin dayanaqlılığı və digər sahələrin yeni şəraitə uyğunlaşdırılması üçün təkliflər hazırlanır, müvafiq işlər görülür. Turizm nümayəndələrinə xüsusi karantin dövründə hərəkət məhdudiyyətlərin tətbiq edilməsi turizm sektorunun fəaliyyətinə ciddi zərər verir, sahəni iflic vəziyyətə gətirə bilər

İlk növbədə hotel işçilərinin hərəkətinə qoyulan məhdudiyyət ölkəmizdə qalan xarici vətəndaşlara xidmət etməyi mümkünsüz edir, turizm agentlərinin hərəkətinə tətbiq olunan məhdudiyyət müştərilərinə aviabilet və tur paketlərin geri qaytarılması və ya dəyişdirilməsi xidmətinın göstərilməsində çətinliklər yaradır. Media qurumları ilə bərabər çalışan turizm assosiasiyalarının hərəkətinə məhdudiyyətlər isə hazırda ən vacib məqamlardan olan media və cəmiyyətə lazımı məlumatlaı çatdırılması işinə ciddi məhdudiyyətlər qoyur. Qeyd etmək istərdik ki, Turizm Assosiasiyaları həmdə nəzarət qurunlarııdır və onların fəaliyyəti, xüsusən də yeni şəraitə uyğunlaşma dövründə olduqca vacibdir.

Qeyd olunanları nəzərə alaraq, Turizm sənayesinin əsas qurumlarının icazə portalına daxil edilməsi məsələsinə yenidən baxmanızı xahiş edirik.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir