Çərşənbə axşamı , Noyabr 5 2024
azenru
Home / Tədbirlər / Beynəlxalq sərgidə Qarabağ və onun turizm imkanları tanıdılıb

Beynəlxalq sərgidə Qarabağ və onun turizm imkanları tanıdılıb

Azərbaycan Turizm Bürosu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulf Travel Show” sərgisində iştirak edib.
Dövlət Turizm Agentliyindən bildirdiyi məlumata görə, koronavirus (COVID-19) pandemiyası səbəbilə virtual formatda təşkil olunan sərgiyə Yaxın Şərq, Afrika, Asiya, Avropa və Amerikadan olan 1 mindən çox iştirakçı qatılıb.

Sərgi çərçivəsində ATB əməkdaşları 35-dən çox görüş keçiriblər.

Görüş iştirakçılarına işğalçılardan azad edilmiş Qarabağ bölgəsinin turizm potensialı haqda və müvafiq tədbirlərdən sonra bölgənin yeni turizm destinasiyaları sırasına daxil ediləcəyi barədə məlumat verilib. Onlar Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən şad olduqlarını qeyd edərək tezliklə regionu görmək arzusunda olduqlarını bildirib.

Xarici turoperatorlar Azərbaycana böyük maraq göstərdiklərini və səfərlərin təşkilinə davam etmək üçün sərhədlərin açılmasını gözlədiklərini diqqətə çatdırıb.

Onlar, həmçinin pandemiya dövründən sonra turistlərin gigiyena və sağlamlıq təhlükəsizliyi normaları ilə bağlı gözləntilərinin qarşılanması məqsədini daşıyan “SAHMAN” proqramı haqda da məlumatlandırılıblar.

mənbə:report.az

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir