Çərşənbə axşamı , Aprel 30 2024
azenru
Home / Xəbərlər / Azərbaycanda turizm xidmətləri üzrə idxal ixracı üstələyib

Azərbaycanda turizm xidmətləri üzrə idxal ixracı üstələyib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici iqtisadi əlaqələrində göstərilmiş xidmətlərin ümumi dəyəri 6 milyard ABŞ dolları təşkil edib.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bunu 4 milyard dollarlıq hissəsi qeyri-rezidentlərin Azərbaycanın rezidentlərinə, 2 milyard dollarlıq hissəsi isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.

Nəticədə xidmətlər balansının kəsiri illik müqayisədə 11,4 % artaraq 2 milyard ABŞ dolları olub.

Hesabat dövründə neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 1,8 milyard ABŞ dolları (38,7 % çox), qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 0,2 milyard ABŞ dolları (2,4 dəfə az) təşkil edib.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 35 %-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 2,1 milyard ABŞ dolları olan bu xidmətlərin 55,1 %-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədardır. Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 1,2 milyard ABŞ dolları, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 0,9 milyard ABŞ dolları təşkil edib.

Son1 ildə qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixrac dəyəri 31,7 % artıb, idxal dəyəri isə 7,9 % azalıb. Nəticədə nəqliyyat xidmətləri üzrə 2019-cu ilin 9 ayında 0,2 milyard ABŞ dolları olan kəsir 2020-ci ilin 9 ayında 0,2 milyard ABŞ dolları qalıqla əvəzlənib.

2020-ci ilin 9 ayı üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 4,3 dəfə azalaraq 0,6 milyard ABŞ dolları təşkil edib. Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (352,6 milyon ABŞ dolları) ixracı (286,4 milyon ABŞ dolları) üstələməsi nəticəsində 66,2 milyon ABŞ dolları məbləğində kəsir yaranıb. Son1 ildə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 74,5 %, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 71,6 % azalıb.

Yanvar-sentyabrda xarici ölkələrin Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərdiyi xidmətlərin dəyəri 352,6 milyon ABŞ dolları məbləğində olub. Bunun 87 %-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür.

Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin dəyəri isə 26,6 % azalaraq 20,6 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə 29,1 % azalaraq 486,5 milyon ABŞ dolları olub.

mənbə:report.az

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir