Cümə , Noyabr 22 2024
azenru
Home / Nəqliyyat / “Buta Airways” İstanbula və Sankt-Peterburqa aviabiletlərin satışına başlayıb

“Buta Airways” İstanbula və Sankt-Peterburqa aviabiletlərin satışına başlayıb

“Buta Airways” aşağı büdcəli aviaşirkətinin rəsmi saytında qış uçuş cədvəli üzrə (oktyabrın 29-dan martın 29-dək) aviabiletlər satışa buraxılıb.

TravelNews.Az xəbər verir ki, Qış uçuş cədvəli üzrə Bakıdan İstanbula (“Sabiha Gökçən” hava limanı) və Sankt-Peterburqa, həmçinin Gəncədən Moskvaya (“Vnukovo” hava limanı) olan reyslərə aviabiletlərin satışına başlanılıb. Aktual uçuş cədvəli ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:

https://www.butaairways.az/az/flight-schedule

Qeyd edək ki, aviaşirkət sentyabrın 1-dən Bakıdan Moskva (“Vnukovo” hava limanı), Kiyev (“Julyanı” hava limanı), Antalya, Kazan, Mineralnıye Vodı, Tbilisi və Tehrana uçuşlar yerinə yetirəcək.

Bütün istiqamətlər üzrə minimal tarif cəmi 29 avro (bir tərəfə) təşkil edir. Lou-kost aviaşirkət olaraq, “Buta Airways” aviareyslərdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edəcək.

“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulub. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşir.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir