Bazar , Noyabr 24 2024
azenru
Home / Tədbirlər / “Azərbaycanda təcrübə və iş imkanları” mövzusunda seminar keçirilib – FOTOLAR

“Azərbaycanda təcrübə və iş imkanları” mövzusunda seminar keçirilib – FOTOLAR

Noyabrın 23-də Azərbaycan Turizm və Menecment Universitetində Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Menecment kafedrasının birgə təşkilatçılığı ilə ATMU tələbələri üçün “Təcrübə və İş İmkanları” mövzusunda seminar keçirilib.

TravelNews.Az xəbər verir ki, seminarda “Socar”, “Azercell”, “Qafqaz hotel”, “Asan Xidmət”  kimi qurumların təcrübə proqramları və işə qəbul qaydaları haqqında məlumatlar verilib. Seminardan öncə qonaqlar ATMU rektoru İlham Mədətovla görüşüblər. Görüşdə əməkdaşlıq imkanları müzakirə olunub.

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara  Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN kadr” karyera mərkəzinin rəhbəri Ləman Əhmədova, “SOCAR” ın  işə qəbul və yerləşdirmə şöbəsinin nümayəndəsi  Mahir Qarayev və kadrların hazırlanması üzrə mütəxəssis Vasif Cəfərov, “Azercell”in İnsan qaynaqları departamentinin mütəxəssisi Sevinc Teymurova  və “Qafqaz hotel”in insan resursları şöbəsinin direktoru Ülviyyə Qasımzadə təmsil etdikləri təşkilatlarda iş imkanları, işə qəbul qaydaları, işə götürülmə prosesi, zamanla meydana çıxan işçi tələbinin  qarşılanması məqsədi ilə  müvafiq vəzifələrə uyğun şəxslərin tapılması, seçilməsi, vəzifənin tələb etdiyi məvacib səviyyəsi ilə işə götürülməsi barədə çıxış ediblər. “Azərbaycanda təcrübə və iş imkanları” mövzusuna həsr olunan seminarın sonunda qonaqlar tərəfindən tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir