Şənbə , May 18 2024
azenru
Home / Xəbərlər / Sabaha olan hava proqnozu – SULU QAR YAĞACAQ

Sabaha olan hava proqnozu – SULU QAR YAĞACAQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən TravelNews.Az-a verilən məlumata görə,

Bakıda və Abşeron yarımadasında                               

Noyabrın 25-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şəhərətrafı ərazilərdə isə yağışın arabir sulu qarla qarışıq yağma ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Noyabrın 25-də bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 25-26-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, noyabrın 25-də arabir güclənən xəzri küləyinin noyabrın 26-da gilavar küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir