Bazar , May 19 2024
azenru
Home / Xəbərlər / “Chenot Palace Health Wellness Hotel” Parisdə mükafatlandırılıb

“Chenot Palace Health Wellness Hotel” Parisdə mükafatlandırılıb

Parisdə “Chateau de Ferrieres” qəsrində 15-ci “Prix Villegiature 2017” – ən yaxşı otel, otel dizaynı və memarlığı, spa, xidmət kimi 21 nominasiya üzrə mükafatlandırma mərasimi keçirilib.

TravelNews.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Qəbələ rayonundakı “Chenot Palace Health Wellness Hotel” 6 otel arasında Avropada ən yaxşı spa, kurort və otel nominasiyaları üzrə qalib gələrək mükafatlandırılıb.

Tədbirdə “Chenot Palace Health Wellness Hotel”in direktoru Lorenzo Amaglio ölkəmiz və otel haqqında məlumat verib.

Otelin daxili dizayneri Mişel Juanet “Chenot Palace Health Wellness Hotel”in daxili tərtibatından danışıb, Avropanın Azərbaycandan başladığını vurğulayıb.

Azərbaycanın Fransadakı səfirliyinin nümayəndəsi Tural Rəsulov ölkəmizi yaxından tanımaq və otelin xidmətlərindən bəhrələnmək üçün münsiflər heyətini Azərbaycana dəvət edib.

Qeyd edək ki, “Prix Villegiature” 2003-cü ildə təssis olunub və otelçilik işi üzrə 21 nominasiyada mükafatlar təqdim edir. Mükafatlar 24 jurnalistdən ibarət münsiflər heyətinin səs verməsi yolu ilə müəyyən edilir.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir