Cümə , May 10 2024
azenru
Home / Blog / Bolqarıstan? Niyə də yox?! – AZƏR İSMAYIL YAZIR

Bolqarıstan? Niyə də yox?! – AZƏR İSMAYIL YAZIR

Buta Airways bir neçə gün öncə bizi Avropaya uçuşla bağlı müjdələdi. Belə ki, 2018-ci ilin yanvar ayından etibarən Bolqarıstanın paytaxtı Sofiya şəhərinə Bakıdan birbaşa uçuşlar olacaq. Qiymət isə 29 avrodan başlayacaq. Amma nədənsə bəzi insanlar bunu birmənalı qəbul etmədilər ki, Bolqarıstan şengen ərazisi deyil. Bolqarıstanın turizm potensialı haqqında aşağıda:

Viza

Bolqarıstan şengen ərazisi olmasa da, multi (çox girişli) şengen vizası ilə ölkəyə daxil ola bilərsiniz. Bolqarıstanın öz visasını Bakıdakı səfirlikdən standart şengen üçün nəzərdə tutulmuş sənədlər toplusu ilə ala bilərsiniz. 35 avrodur.

Sofiya

9 min illik tarixi olan bu yaşayış məskəni ölkənin qərbində yerləşir. Ötən il Sofiya aeroportu 5 milyona yaxın sərnişinə xidmət edib. Bu ilin ilk 9 ayının nəticəsinə görə bu rəqəm 40% artıb. Bu onun nəticəsidir ki, Sofiya daha çox turistik məkana çevrilir. 24 aviaşirkət, o cümlədən WizzAir və RyanAir Avropa və yaxın şərqin 68 şəhərinə birbaşa uçuşlar həyata keçirir.

Sofiyada oteldə 2 nəfərlik otaq 20 avrodan, apartmentlər 30 avrodan, hostellər isə 7 avrodan başlayır. Şəhərin qonaqları çoxlu sayda kilsələr, tarixi binalar, Sovet vaxtından qalan abidələrlər rastlaşacaqlar. Şəhərdə çoxlu sayda türk və rus restoranları mövcuddur. Odur ki, yeməyə hər zaman nəsə tapmaq olur.

 

Qış turizmi

Qış turizmi, xizəkçilik Bolqarıstanda çox yayılıb. Ən məşhur zonalar Bansko, Borovets, Pamporovodur. Xizək mövsümündə otellərin 1 gecəsinin qiyməti 20-30 avrodan başlayır. Havanın temperaturu isə -10 dərəcə ətrafında olur. Əsl dəniz havası.

Yay turizmi

Bolqarıstan Qara dənizin sahilində yerləşdiyi üçün çoxlu sayda çimərlik kurortları var. Burqas və Varşa şəhərləri yay istirahəti üçün əla seçimdir. Çimərliklər qumlu və çınqıl daşlıdır. Ölkənin mərkəzində Mərkəzi Balkan Milli Parkı var, buranı da yay istrahəti planına salmaq gözəl olar.

 

Şərhlər

şərhlər

Check Also

Dünyanın ən böyük səyahət gəmisi- FOTO

Bir müddət öncə Saint-Nazaire (Fransa) gəmiqayırma zavodunda bəşər tarixində ən böyük gəmi istehsal olunmuşdur. Bu səyahət …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir