Gürcüstanda yeni aviaşirkət yaradılıb.
TravelNews.Az newsgeorgia.ge saytına istinadən xəbər verir ki, “MyWay” adlanan yeni aviakompaniya martın sonları, aprelin əvvəllərində uçuşlara başlayacaq. Sərnişinlər bu şirkət vasitəsilə Rusiya, Belarusiya, Ukrayna, İran və İsrail kimi dövlətlərə yollana biləcəklər.
Səhmləri Çin holdinqi olan Hualing Group-a məxsus şirkət 2017-ci ilin noyabr ayında Çindən 43.4 milyon dəyərində iki ədəd “Boeing-777” təyyarəsi alıb. Şirkətdən verilən məlumata görə 3-cü təyyarə iyulda, 4-cü isə ilin sonlarında aviaşirkətin donanmasına gətiriləcək.
Qeyd edək ki, şirkətin əsas planlarına Avropa, eyni zamanda Birləşmiş Ərəb Əmirliklərinə uçuşlar da aiddir.