Cümə , Noyabr 22 2024
azenru
Home / Tədbirlər / Beynəlxalq turizm sərgisində erməni təxribatının qarşısı alınıb

Beynəlxalq turizm sərgisində erməni təxribatının qarşısı alınıb

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi və Dubaydakı baş konsulluğumuz “ArabianTravelMarket-2018” beynəlxalq turizm sərgisində Ermənistanın təxribatının qarşısını alıb.

Sərgidəki stendinə Dağlıq Qarabağa dair materiallar yerləşdirən Ermənistan, Azərbaycanın əzəli torpaqlarını ərazilərinin bir hissəsi kimi göstərib. Əsasən bukletlərdə göstərilən xəritələrdə Dağlıq Qarabağ Ermənistan ərazisi kimi təqdim olunub və Azərbaycanın işğal altında olan ərazilərinə turistik paketlər təklif edilib.

TravelNews.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla əlaqədar olaraq, ölkəmizin səfirliyi Ermənistan tərəfinin təxribatının aradan qaldırılması və erməni stendində yerləşdirilən saxta materiallarının çıxarılması ilə bağlı BƏƏ-nin Xarici İşlər Nazirliyinə müraciət edib.

Bununla yanaşı, Azərbaycanın BƏƏ-dəki səfirinin müavini Leyla Süleymanova və ölkəmizin BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Əliyev yerindəcə tədbirin təşkilatçılarına təxribat materiallarının dərhal yığışdırılması xahişi ilə müraciət ediblər. Azərbaycan səfirliyinin BƏƏ-də qəti mövqeyini nəzərə alan sərgi təşkilatçıları üzrxahlıq edərək həmin materialların çıxarılmasını təmin edib və bu məsələnin onların nəzarətində olacağını bildiriblər.

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir