Şənbə , Noyabr 23 2024
azenru
Home / Təşkilat və Operatorlar / Turizm sahəsində ilk startap yekunlaşıb

Turizm sahəsində ilk startap yekunlaşıb

Dövlət Turizm Agentliyinin verdiyi məlumata əsasən 16 – 18 noyabrda Bakıda ilk dəfə turizm mövzusunda “Startup Weekend” beynəlxalq müsabiqəsi keçirilib.

3 gün davam edən müsabiqədə təlimçilərin (mentorların) dəstəyi ilə 60 iştirakçı turizm sahəsi üzrə innovativ fikirlərini peşəkar münsiflər heyətinə təqdim ediblər. Münsiflər heyətində Azər Qərib, Farhad Aşurbəyli və Azərbaycan Turizm Bürosunun Məhsulların yaradılması şöbəsinin müdiri İlkin Cavadov yer alıb.

Müsabiqə ASAN xidmətin “İnnoland” İnnovasiyalar və “Next Step” İnnovasiyalar Mərkəzinin, SUP startap akseleratorunun təşkilatçılığı, Azərbaycan Turizm Bürosu və “PASHA Travel” şirkətinin dəstəyi ilə baş tutub.

Qalib gələn 3 komanda (“Bakida”, “QR Taste”, “Travel2Culture”) sponsorlar tərəfindən dəyərli hədiyyələr qazanıb.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir