Bazar , May 5 2024
azenru
Home / Reportajlar / Səyyah xanımlar – İradə Qədirova – MÜSAHİBƏ

Səyyah xanımlar – İradə Qədirova – MÜSAHİBƏ

TravelNews.Az silsilə müsahibələrə start verir. Qonarlarımız Azərbaycanın gənc, enerji dolu, səyahət etməyi və etdikləri səyahətlərdən ağız dolusu danışmağı sevən xanımlarıdır. Beş gün ərzində oxucularımızın da onlarla yaxından tanış olmaq şansı olacaq.

Beləliklə, ilk qonağımız səyyah və fotoqraf olan İradə Qədirovadır.

-Şəxsi blogunuz var, yoxsa yalnız instagram üzərindən paylaşımlar edirsiniz?

-Xeyr yoxdur. Blog aparmağa kifayət qədər vaxtım olmur. Müasir zəmanədə ən modern və daha populyar ortam instagram olduğundan oradakı səhifəmi blog kimi idarə edirəm. Facebookda da səfərlərdən olan fotoları paylaşıram.

-Yazılarınızın, çəkdiyiniz şəkillərin əsas məqsədi nədir? İnsanlara nəyi çatdırmaq istəyirsiniz? 

-Azərbaycanı tanıtmaq. Çünki çox zaman getdiyim yerlər məşhur turistik yerlərdən kənarda yerləşir. Amma bir o qədər də maraqlı və diqqətəlayiqdirlər. Digər tərəfdən “Bölgələrin insanları” adlı layihəm üçün əlavə material toplamış oluram.

-Niyə məhz bu sahəyə maraq göstərdiniz? Xanımlar daha çox geyim, moda və s. işlərə maraq göstərirlər, siz niyə səyahəti seçdiniz?

-Yəqin mən başqa ruhlu xanımlardanam (gülür). 16 yaşımdan səyahətə, dünya xalqlarının etnoqrafiyasına maraq göstərməyə başlamışam. Bu səbəbdən Tarix fakültəsi üzrə ixtisaslaşdım. Sonra həyat düşündüyüm şəkildə getməyə başladı. Səyahətlərə başladım. Fotoaparatımı aldım və içimdə danışmaq, göstərmək həvəsi – hər şey üst-üstə düşüncə maraqlı bir harmoniya alındı.

-Sizcə bir xanım üçün tək səyahət etməyin maraqlı və təhlükəli məqamları hansılardır?

Müsbət məqamları qadınların zəif məxluq stereotipindən qurtulması durumudur. Çoxu məsələn qadın nədir dağ nədir, qadın nədir dərəyə təpəyə dırmaşmaq nədir sualı verirsə, eyni zamanda qadındır deyə bunları edir kimi heyranlıq və fərqli baxışlarla rast gəlirsən.

Təhlükəli məqam…. Doğrusu təhlükəli məqamla ölkədən kənarda bir dəfə rastlaşmışam. Odur ki, bu suala tam cavab verə bilməyəcəm, yəni, Azərbaycan daxilində elə bir məqamla rastlaşmamışam.

-Hansı məqam idi, sirr deyilsə bizimlə paylaşın.

-Bunu çox sevdiyim Hindistanda yaşamışam. Əks cinsin nümayəndələri tərəfindən bitmək bilməyən iti baxışlar. Bir tərəfdən qorxuya düşürdüm, çünki o tərəflərin insanların temperamentindən və baş verən hadisələr haqda məlumatlı idim. Amma 2 gün orada olduqdan sonra qorxunu ram etməli idim. Əksi halda hiss ediləcək dərəcədə idi. Pis məqamı artıq axşam 6 olan kimi mehmanxaya tələsmək istəyim idi. 

-Səyahəti işiniz yoxsa hobbiniz kimi qəbul edirsiz?

-Həyatım deyək. Hobbi səyahətə istək dərəcəsi qarşısında düşünürəm zəif səslənir mənim durumumda. İşim deyil.

-Bəzi səyahətçilər ucuz səyahətlər haqqında yazır, bəziləri restoran, bar və digər turizm  obyektlərini tanıdır, sizin üslubunuz nədir? Siz insanlara səyahətin hansı tərəfləri haqqında məlumat verirsiniz?

-Üslubum ölkə daxilində daha çox ekotura diqqət çəkməkdir. Məsələn, ətrafım məşhur daxili turistik yerləri gəzib yorulub və artıq mənə müraciət edirlər, məsləhət və təklif alırlar. Bu bir az məni çəkindirir, çünki, ümumilikdə məsləhət verməyi xoşlayan adam deyiləm (gülür) amma eyni zamanda da artıq getdiyim yerlər barədə və məsələn kəndlərdə qalmaq və qida məsələlərində fikirlərimi böldüşdükcə onların da bu fikirlərdən yararlandığını görüb sevinirəm.

-Çox gözəl; bu hobbinizi, peşənizi (həyatınızı) inkişaf etdirmək üçün hansı addımları atacaqsız? 

-Düşünürəm ki, davam etməyəcək. Çünki gördüyüm işə dəstək aldıqca bu işi bir başqa səviyyədə davam etdirib, inkişaf etdirmək üçün əlavə stimul, enerji alıb hədəflər çizirəm. Hədəf varsa qarşıda görsənən yollar heç bitməz. Hazırda Ekotur Azərbaycanla bir layihə ətrafında işləməyi planlaşdırırıq. Layihəmiz təsdiqini taparsa, o zaman bu ilin ilk böyük layihəsini həyata keçirmiş olacağıq.

-Biz də TravelNews.Az olaraq əlimizdən gələn dəstəyi göstərməyə hazırıq. Mən gördüm ki, sizi həvəslə izləyən xanımlar var. Bəs siz xarici səyahətçilərdən kimləri izləyirsiniz? 

-Elədir. Xanımların çoxu əksərən “komandana qoşulmaq istəyirik” dedikcə başa düşürəm ki, etibar və güvəndən irəli gəlir. Xarici xanımlardan – Renee Hahnel, Holly Johnson və Emilie Ristevski -ni çox sevirəm.

-Sizdən ən çox soruşulan suallar hansılardır?

-1.Siz kimlə səyahət edirsiniz? 2. Bu sizin işinizdir? 3. Siz haralısınız?(gülür)

-Sonuncu sualım: Sizcə Azərbaycanda səyahət yazarlığı inkişaf edib yoxsa yox? Etməyibsə onu inkişafdan saxlayan səbəblər nədir?

-Məncə yazarlıq var. Sadəcə inkişaf varmı, yoxmu onu deyə bilmərəm və səbəbləri də qeyd edə bilmərəm. Bu haqda düşünməmişəm doğrusu.

-Təşəkkür edirəm, sizinlə həmsöhbət olmaq çox xoş idi…

 

 

Şərhlər

şərhlər

Check Also

Fuad Nağıyev: Azərbaycan turizmi öz inkişafında vacib olan sabitlik amilinə görə, heç şübhəsiz, Heydər Əliyevə borcludur

1991-ci ilin 18 oktyabrında müstəqilliyimizi qazandıqdan sonra təəssüf ki, ölkəmizin başı üzərindən qara buludlar çəkilmədi. …