Bazar , Noyabr 24 2024
azenru
Home / Destinasiyalar / Hahn Havalimanı çinlilərə satılıb

Hahn Havalimanı çinlilərə satılıb

 

 

Almaniyanın Frankfurt şəhərində yerləşən Hahn Havalimanı 15 milyon avro qarşılığında Çinin “HNA Group” şirkətinə satılıb. Satış müqaviləsinə əsasən havalimanının 85.2% səhmləri bu şirkət tərəfindən alınıb.

Keçmişdə hərbi məqsədlər üçün istifadə olunan havalimanı ildə 2.5 milyon insana xidmət edir. Uzun müddətdir maliyyə problemləri ilə üzləşən havalimanını “HNA Group”dan öncə Amazon şirkəti almaq istəyib ancaq buna nail olmayıb.

Qeyd edək ki, Hahn Havalimanı Almaniyanın karqo daşınmasında öndə olan beş havalimanından biridir. Əsas özəlliyi isə Avropa ilə Asiya arasında qida ticarətində böyük rol oynamasıdır.

Hazırda “HNA Group”a aid Yangtze River Express karqo şirkəti Tianjin və Zhengzou şəhərlərindən adıçəkilən havalimanına uçuşlar həyata keçirir.

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …