Noyabrın 24-də Bakı Biznes Mərkəzində turizm və qonaqpərvərlik sahəsində ilk əmək yarmarkası baş tutub. AZƏRTAC-ın verdiyi məlumata əsasən, açılışda “DAİR” Otellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi çıxış edərək əmək yarmarkası barədə məlumat verib. O qeyd edib ki, yarmarka assosiasiyasının təşəbbüsü, Dövlət Turizm Agentliyinin və Azərbaycan Hotellər Assosiasiyasının təşkilati dəstəyi ilə …
Read More »Dövlət Aqrar Ticarət Şirkəti ilə əməkdaşlıq memorandumu imzalanıb
Dövlət Turizm Agentliyinin verdiyi məlumata əsasən, Bakı Turizm İnformasiya Mərkəzi və Dövlət Aqrar Ticarət Şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb 23 noyabrda Dövlət Turizm Agentliyinin tabeliyindəki Bakı Turizm İnformasiya Mərkəzi ilə Kənd Təsərrüfatı Nazirliyi tabeliyindəki Dövlət Aqrar Ticarət Şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədin imzalanmasında məqsəd Bakıda və ümumiyyətlə, bütün ölkədə …
Read More »Turizmin inkişafına dair hesabat – 2018
Dövlət Turizm Agentliyi: 2018-ci ilin yanvar-oktyabr aylarında Asiya və Yaxın Şərq ölkələrindən gələn səyahətçilərin sayında böyük artım müşahidə olunur. 2018-ci ilin yanvar-oktyabr aylarında Yaxın Şərq ölkələrindən gələn ziyarətçilərin sayı 330 min olub, bununla da ötən ilin eyni dövrü ilə müqayisədə 42% artım baş verib. Bu regiondan daha çox səyahətçi Səudiyyə …
Read More »Turizm sahəsində ilk startap yekunlaşıb
Dövlət Turizm Agentliyinin verdiyi məlumata əsasən 16 – 18 noyabrda Bakıda ilk dəfə turizm mövzusunda “Startup Weekend” beynəlxalq müsabiqəsi keçirilib. 3 gün davam edən müsabiqədə təlimçilərin (mentorların) dəstəyi ilə 60 iştirakçı turizm sahəsi üzrə innovativ fikirlərini peşəkar münsiflər heyətinə təqdim ediblər. Münsiflər heyətində Azər Qərib, Farhad Aşurbəyli və Azərbaycan Turizm Bürosunun …
Read More »Azərbaycan Hotel Assosiasiyasının Birinci Baş Assambleyası (+Qeydiyyat)
Dövlət Turizm Agentliyinin verdiyi məlumata əsasən Azərbaycan Hotel Assosiasiyasının Birinci Baş Assambleyası keçiriləcək: 15 noyabrda Azərbaycan Hotel Assosiasiyasının İdarə Heyətinin görüşü keçirilib. Görüşdə 4 dekabrda keçiriləcək Azərbaycan Hotel Assosiasiyasının Birinci Baş Assambleyası haqqında müzakirələr aparılıb. Görüşdə “Hotrec – Hospitality Europe” təşkilatının vitse-prezidenti, beynəlxalq ekspert Akos Niklai də iştirak edib. Qeyd …
Read More »Azərbaycan Ümumdünya Turizm Təşkilatının seminarında – İran
Azərbaycan Dövlət Turizm Agetnliyinin verdiyi məlumata əsasən, Azərbaycan UNWTO-nun İranda keçirilən seminarında təmsil olunur Noyabrın 12-dən 14-dək İran İslam Respublikasının Həmədan şəhərində Ümumdünya Turizm Təşkilatının (UNWTO) Assosiativ üzvlərinin 40-cı Plenar Sessiyası keçirilir. Tədbirdə Azərbaycanı Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov təmsil edir. Plenar sessiya çərçivəsində İranın “Mədəni İrs, Sənətkarlıq …
Read More »“AZAL”, “KPMG Azerbaijan” şirkəti ilə “Open Skies” layihəsini müzakirə edib
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin verdiyi məlumata əsasən “AZAL”ın prezidenti Cahangir Əsgərov 6 noyabr tarixində KPMG Azerbaijan şirkətinin nümayəndələri – baş menecerlər Fərid Baxşıyev və Andrey İvanovla görüşüb. Danışıqların əsas mövzusu Azərbaycan və Avropa arasında “Open Skies” müqaviləsinin təfərrüatları olmuşdur. Azərbaycan hökumətinin sifarişi ilə KPMG şirkəti bu layihə üzrə məsləhətçi …
Read More »Azərbaycan “WTM London-2018”-də təmsil olunur
Bu barədə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu məlumat verir: Azərbaycan nümayəndə heyəti Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkənin turizm potensialının dünyamiqyaslı təbliğatı məqsədilə 2018-ci ilin 5-7 noyabr tarixlərində Böyük Britaniyanın London şəhərində keçirilən “World Travel Market -2018” sərgisində iştirak edir. Verilən məlumata əsasən, sərgidə ölkəmizi Dövlət Turizm Agentliyi …
Read More »Dövlət Turizm Agentliyi Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 109-cu sessiyasında
Azərbaycan Dövlət Turizm Agentliyinin verdiyi məlumata əsasən, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) İcraiyyə Şurasının 109-cu sessiyasında çıxış edərək növbəti iclasın Bakı şəhərində keçiriləcəyini xatırladıb və bütün üzv dövlətləri Azərbaycana dəvət edib. 30 Oktyabr – 1 Noyabr, 2018 tarixlərində Bəhreynin Manama şəhərində baş tutan və …
Read More »SATTE (Dehli), EMİTT (İstanbul) və İMTM (Tel Aviv) sərgilərinə qeydiyyat
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu ölkəmizin turizm potensialının xarici ölkələrdə təbliğ olunması məqsədilə beynəlxalq sərgilərdə iştirak etməyi planlaşdırır. Bununla əlaqədar olaraq, Azərbaycan Turizm Bürosunun təşkil edəcəyi növbəti: SATTE (14 – 16 yanvar), EMİTT (31 yanvar – 3 fevral) və İMTM (12 – 13 fevral) sərgilərinə hazırlıq davam edir. Azərbaycanın turizm potensialını göstərəcək …
Read More »