Bazar , May 5 2024
azenru
Home / Təşkilat və Operatorlar (page 30)

Təşkilat və Operatorlar

Azərbaycan Turizm və Menecment Universitetində növbəti konfrans

Noyabrın 21-də Azərbaycan Turizm və Menecment Universitetində “Azərbaycanda davamlı turizm məhsulları” mövzusunda Respublika məqalə müsabiqəsinin yekunlarına həsr olunan konfrans keçirilib.  TravelNews.Az xəbər verir ki, müsabiqə dövlətin turizm siyasəti sahəsində həyata  keçirdiyi  tədbirlərin  və  aparılan  işlərin  cəmiyyətdə  daha  geniş  təbliğ  olunması, davamlı turizm sahəsi  üzrə  aktual  mövzuların  ictimaiyyətin  diqqətinə  çatdırılması  və  …

Read More »

Nazir vətəndaşlarlarla görüşəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən 2017-ci ilin noyabr ayının 28-də saat 11ºº-da Yevlax şəhəri Heydər Əliyev Mərkəzində (Nizami prospekti, 61) Mingəçevir, Yevlax, şəhərlərindən, Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Laçın rayonlarından …

Read More »

Bələdçilər nəzəri biliklərlə yanaşı həm də təcrübə qazana biləcəklər – AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycan Turizm Assosiasiyası (AZTA) bələdçilər üçün təlim təşkil edəcək.  Təlimdə bələdçilər nəzəri biliklərlə yanaşı həm də təcrübə qazana biləcəklər. Bunu TravelNews.Az saytına açıqlamasında AZTA sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib. “Təlim rus və azərbaycan dillərində keçiriləcək. Sonda AZTA tərəfindən bələdçilərə sertifikatlar təqdim olunacaq. Beləcə, yalnız azərbaycan dilini bilən bələdçilər məktəblilər, …

Read More »

AZTA ödənişli təlimlər təşkil edəcək

Azərbaycan Turizm Assosiasiyası (AZTA) bələdçilər üçün təlim təşkil edir. TravelNews.Az xəbər verir ki, təlim 2018-ci il yanvarın 15-dən başlayacaq və 3 ay davam edəcək. Dərslər azərbaycan və rus dillərində keçiriləcək. Təlimdə iştirak üçün müraciətlər dekabrın 20-nə kimi qəbul olunur. Qeyd edək ki, iştirak ödənişlidir və 350 AZN təşkil edir.

Read More »

Mingəçevir Turizm Kolleci beynəlxalq əlaqələri genişləndirir – FOTOLAR

2017-ci ilin mart ayında Mingəçevir Turizm Kolleci ilə Rusiya Federasiyasının Sankt-Peterburq Turizm və Mehmanxana Servisi Kolleci arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilənin şərtlərinə əsasən Sankt-Peterburq  Turizm və Mehmanxana Servisi Kollecinin 6 nəfərlik nümayəndə heyəti 9-11 noyabr 2017-ci il tarixində Mingəçevir Turizm Kollecində işgüzar səfərdə olub. Səfər zamanı qonaqlar təhsil müəssisəsi ilə …

Read More »

“Turizm məktəbləri” layihəsinin təqdimatı keçirilib – FOTOLAR

Noyabrın 18-də SeaBay istirahət mərkəzində “Turizm məktəbləri” layihəsinin təqdimatı keçirilib. TravelNews.Az xəbər verir ki, tədbirdə 50-ə yaxın turizm şirkətindən, eyni zamanda KİV-dən nümayəndələr iştirak edib. Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyinin sədri Cəmilə Abdullayevanın sözlərinə görə, layihənin əsas məqsədi turizmin inkişafına dəstək olub, yeniliklər gətirməkdir. Tədbirdə turizm nümayəndələrinin də fikirləri dinlənilib …

Read More »

Bakıda yeni gəzinti küçələri yaradıla bilər

Azərbaycanda turizmin inkişafı məqsədilə Bakıda Nizami küçəsinin “Torqovı” adı ilə tanınan hissəsi kimi daha iki küçənin yaradılması ilə bağlı təkliflər var. TravelNews.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə deyib. K.Quluzadə qeyd edib ki, Mərkəzi Univermaqdan “5 mərtəbə”yə gedən küçələrin ikisinin avtomobil hərəkəti olmadan gəzinti küçəsi …

Read More »

Azərbaycan Turizm Forumu 2017 TravelNews.Az-da – SON 5 GÜN

Qeyd etdiyimiz kimi noyabrın 25-də Azərbaycan Turizm Forumu 2017 keçiriləcək. TravelNews.Az xəbər verir ki, saat 09:30-da başlayacaq foruma “Holiday İnn Baku” oteli ev sahibliyi edəcək. Ümumilikdə 15 spikerin çıxışı nəzərdə tutulan forumda müxtəlif mövzularda müzakirələr aparılacaq. Nəzərə çatdıraq ki, TravelNews.Az Azərbaycan Turizm Forum 2017-nin media tərəfdaşıdır. Forum başlayandan etibarən saytımızda …

Read More »

“Festival Surprizləri”nin təqdim edilməsi davam edir

Bakı Şopinq Festivalı noyabrın 15-də başa çatsa da, alıcıların festival sevincləri hələ bir müddət davam edəcək. Belə ki, “Festival Surprizləri” adlı ani stimullaşdırıcı lotereya biletlərinin alıcılara təqdim edilməsi noyabrın 26-dək davam edəcək. TravelNews.Az xəbər verir ki, əvvəlki günlərdən fərqli olaraq, noyabrın 16-dan etibarən, qalan 10 gün ərzində alıcılara lotereyaların təqdim …

Read More »

Turizm informasiya mərkəzləri üçün yeni tövsiyyələr

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin 06.09.2017-ci il 205 saylı əmrinə əsasən Bakı Turizm İnformasiya Mərkəzi digər turizm informasiya mərkəzləri üçün metodiki mərkəz təyin olunub. Əmrin icrası ilə əlaqədar Bakı Turizm İnformasiya Mərkəzi reklam-təbliğat fəaliyyətinə dair xüsusi tövsiyyələr hazırlayıb və rayon turizm informasiya mərkəzlərinə təqdim edib. Reklam-təbliğat fəaliyyətinə dair tövsiyyələrin …

Read More »