Cümə , May 3 2024
azenru
Home / Tag Archives: Mədəniyyət və Turizm Nazirliyi (page 4)

Tag Archives: Mədəniyyət və Turizm Nazirliyi

Azərbaycan “SEOUL FOOD 2018” sərgisində iştirak edəcək

Azərbaycan may ayında Koreyada keçiriləcək “SEOUL FOOD 2018” sərgisində iştirak edəcək. TravelNews.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Koreya Respublikasının Azərbaycandakı səfirliyinin ticarət şöbəsi – Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) direktoru Oh Myung Hunun rəhbərlik etdiyi nümayəndə heyəti AZPROMO-da olub. AZPROMO rəhbərliyi ilə keçirilən görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsinə …

Read More »

Prezident İlham Əliyev Qusarda “Şahdağ” qış-yay turizm kompleksində – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Qusarda “Şahdağ” qış-yay turizm kompleksinin növbəti inkişaf planları ilə tanış olub. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov Prezident İlham Əliyevə “Şahdağ” qış-yay turizm kompleksinin hazırkı vəziyyəti və burada bu il ikinci mərhələdə görüləcək işlər barədə məlumat verib. Qeyd edilib ki, burada …

Read More »

Ərəb dünyası üzrə İslam Mədəniyyətinin yeni Paytaxtı elan olunub

Bəhreyn Krallığının Muharraq şəhərinin Ərəb dünyası üzrə İslam Mədəniyyətinin Paytaxtı elan edilməsinin açılış mərasimi keçirilib. TravelNews.Az xəbər verir ki, yanvarın 28-də keçirilən açılış mərasimində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və Azərbaycan Respublikasının İSESKO üzrə Milli Komissiyasının baş katibi, Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə iştirak edib. …

Read More »

Azərbaycan və Yaponiya arasında növbəti birbaşa aviareys açılıb

Tokionun “Ameriacan Club” mərkəzində Bakıdan Kansay Beynəlxalq Hava Limanına yük daşımaları üçün “Silk Way West Airlines” aviaşirkətinə məxsus növbəti birbaşa aviareysin açılış mərasimi keçirilib. Mərasimdə Yaponiya hökumətinin, parlamentin, biznes dairələrinin nümayəndələri, yerli KİV-lərin təmsilçiləri və diasporumuzun üzvləri iştirak ediblər. “Silk Way West Airlines” şirkətinin Yaponiya nümayəndəliyinin rəhbəri Katsutoşi Tanaka yeni …

Read More »

İstanbulda keçirilən “EMİTT 2018” beynəlxalq turizm sərgisi davam edir – FOTOLAR

Yanvarın 25-28-i tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən “EMİTT 2018” beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi təmsil olunur. Bu məqsədlə Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə ölkəmizin turizm sənayesinin təmsilçilərindən ibarət nümayəndə heyəti qardaş ölkədə səfərdədir. Ölkəmizi Nazirliklə yanaşı Turizm.az Zenit Tour Travel Agency, Silk Way Travel, Rahat …

Read More »

Azərbaycan növbəti turizm sərgisində – EMİTT 2018

Yanvarın 25-dən 28-dək Türkiyənin İstanbul şəhərində “EMİTT 2018” (The East Mediterranean İnternational Travel and Tourism – Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi) turizm sərgisi keçiriləcək.  Ölkəmizi sərgidə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. TravelNews.Az AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəmizdən sərgiyə …

Read More »

Nazir Əbülfəs Qarayev vətəndaşları qəbul edəcək – XIRDALANDA

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən 2018-ci ilin yanvar ayının 30-da saat 11ºº-da Xırdalan şəhərində Heydər Əliyev Mərkəzində (Heydər Əliyev parkı, Qalubiyyə küçəsi 1) Sumqayıt şəhərindən, Abşeron, Xızı, Qubadlı, Şuşa və …

Read More »

Ötən il Naxçıvana 413 mindən çox turist gəlib – STATİSTİKA

Ötən il Naxçıvan Muxtar Respublikasına səfər edən turistlərin sayı artıb. TravelNews.Az “Report”a istinadən xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumatda bildirilir ki, 2017-ci ildə muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən ümumilikdə, 413 min 357 turist gəlib. Bu rəqəm 2016-cı ildəki göstəricidən 2,5 faiz və …

Read More »

Azərbaycan XI Beynəlxalq Turizm Sərgisində təmsil olunur

Yanvarın 23-də Tehran Beynəlxalq Sərgi Mərkəzində 11-ci Beynəlxalq Turizm Sərgisi açılıb. Sərgidə 300-dən çox yerli və xarici turizm şirkəti iştirak edir. Şirkətlər sərgi ziyarətçilərinə xidmətlərini təqdim edir, daxili və xarici turizm marşrutları haqqında məlumatlar verirlər. Sərgidə iştirak edən İran şirkətləri arasında Bakı şəhəri və Azərbaycanın rayonlarına turizm səfərləri təşkil edənlər …

Read More »

Əbülfəs Qarayev Mədəniyyət Nazirlərinin konfransında iştirak edir

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İsveçrənin Davos şəhərində keçirilən Mədəniyyət Nazirlərinin konfransında iştirak edir. “Yüksək səviyyəli Baukultura doğru” mövzusunda keçirilən konfrans şəhərsalma mədəniyyətinə vahid və kompleks yanaşma mövzusunu əhatə edib. Yanvarın 21-də öz işinə başlayan konfransda açılış nitqi ilə İsveçrə Konfederasiyasının Federal Kansleri Alain Berset çıxış edib. Daha sonra …

Read More »