Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən Bakı Turizm İnformasiya Mərkəzi digər turizm informasiya mərkəzləri üçün metodiki mərkəz təyin olunub. TravelNews.Az xəbər verir ki, əmrin icrası ilə əlaqədar Bakı Turizm İnformasiya Mərkəzi regional turizm informasiya mərkəzlərinin otel, muzey, qoruq, ictimai iaşə və turizm infrastrukturuna daxil olan obyektlər ilə …
Read More »“Türk Hava Yolları”nın təyyarəsini ildırım vurub
“Türk Hava Yolları” aviaşirkətinin İstanbuldan Moqadişoya uçan sərnişin təyyarəsini ildırım vurub. TravelNews.Az Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq təyyarə Atatürk hava limanına təcili eniş edib. Yoxlanışdan sonra hava gəmisində hər hansı nasazlıq qeydə alınmayıb.
Read More »Turizm sənayesinin subyektlərinin və turistlərin nəzərinə
Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarında elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti 2012-ci ilin avqust ayından elektron xidmətlərin təşkili sahəsində Milli Parklara …
Read More »Sabah meteohəssas insalar üçün əlverişsiz hava şəraiti olacaq – PROQNOZ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən TravelNews.Az-a verilən məlumata görə: Bakıda və Abşeron yarımadasında Dekabrın 07-də arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, …
Read More »“İRS. İslam həmrəyliyi incəsənətdə” adlı sərgi keçiriləcək – ELAN
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən “Qalereya 1969”-da dekabr ayının 7-dən 12-dək “İRS. İslam həmrəyliyi incəsənətdə” adlı sərgi keçiriləcək. TravelNews.Az xəbər verir ki, sərgi Azərbaycan rəssamlarının yaradıcılığının təbliği, Dövlət Rəsm Qalereyasında qorunub saxlanılan İslam Həmrəyliyini əks etdirən incəsənət əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim olunması …
Read More »Bakı Şopinq Festivalı payız mövsümünü uğurla başa vurub
Bu payız Bakıda keçirilən mötəbər tədbirlərin sırasına daha biri əlavə olunub. Şəhərimizi dünyanın qabaqcıl alış-veriş mərkəzlərindən birinə çevirmək məqsədilə oktyabrın 15-dən noyabrın 15-dək ikinci Bakı Şopinq Festivalı keçirilib. Sözügedən ticarət festivalı keçmiş MDB məkanında iri miqyaslı unikal tədbirlər sırasında yer alır. Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və imzası ilə təsdiq olunmuş …
Read More »Qabaqcıl şirkət rəhbərləri ATMU-da – FOTOLAR
Azərbaycan Turizm və Menecment Universitetində qabaqcıl şirkət rəhbərlərinin iştirakı ilə “Marketinq menecmenti” fənnindən açıq dərs keçirilib. TravelNews.Az xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universiteti “Marketinq”kafedrasının təşəbbüsü ilə “Aqromarketinq” və “Tikinti sahəsinin marketinqi” mövzularına dair açıq dərsin təşkilində başlıca məqsəd ixtisas tələbələrini marketinq sahəsində innovasiyaların tətbiqi və öyrənilməsinə,o cümlədən müstəqil …
Read More »Azərbaycan Turizm Forumu 2017 başladı – YENİLƏNİR
Turizm mütəxəssislərinin bir araya gəldiyi Azərbaycan Turizm Forumu 2017 öz işinə başlayıb. “Holiday İnn” otelində keçirilən tədbiri forumun təsisçisi Həvva Səfərəova açıq elan edib və adıçəkilən tədbir haqqında məlumat verib. Forumda ümumi olaraq 2 panel olmaqla, 12 spikerin çıxışı nəzərdə tutulub. İlk paneldə 5 spiker çıxış edəcək. Qeyd edək ki, …
Read More »“Turizm məktəbləri” layihəsinin təqdimatı keçirilib – FOTOLAR
Noyabrın 18-də SeaBay istirahət mərkəzində “Turizm məktəbləri” layihəsinin təqdimatı keçirilib. TravelNews.Az xəbər verir ki, tədbirdə 50-ə yaxın turizm şirkətindən, eyni zamanda KİV-dən nümayəndələr iştirak edib. Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyinin sədri Cəmilə Abdullayevanın sözlərinə görə, layihənin əsas məqsədi turizmin inkişafına dəstək olub, yeniliklər gətirməkdir. Tədbirdə turizm nümayəndələrinin də fikirləri dinlənilib …
Read More »Bakıda yeni gəzinti küçələri yaradıla bilər
Azərbaycanda turizmin inkişafı məqsədilə Bakıda Nizami küçəsinin “Torqovı” adı ilə tanınan hissəsi kimi daha iki küçənin yaradılması ilə bağlı təkliflər var. TravelNews.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə deyib. K.Quluzadə qeyd edib ki, Mərkəzi Univermaqdan “5 mərtəbə”yə gedən küçələrin ikisinin avtomobil hərəkəti olmadan gəzinti küçəsi …
Read More »