Cümə axşamı , Noyabr 21 2024
azenru
Home / Tədbirlər / Azərbaycan növbəti beynəlxalq konfransda təmsil olunub

Azərbaycan növbəti beynəlxalq konfransda təmsil olunub

Daşkənd Dövlət İqtisadiyyat Universitetində (DDİU) 23-cü Beynəlxalq Turizm Yarmarkası çərçivəsində “Turizm biznesinin inkişafı və xarici təcrübənin Özbəkistanda tətbiqi məsələləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

TravelNews.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Özbəkistan Ali və Orta Təhsil Nazirliyi, Turizmin İnkişafı üzrə Dövlət Komitəsi və DDİU-nin təşkilatçılığı ilə keçirilən tədbirdə bu ali təhsil ocağının rektoru, professor Baxodir Xudiyev son illər ölkədə turizm sahəsində həyata keçirilən işlər, mövcud problemlər, turizm biznesinin inkişafını təmin etmək məqsədilə turizm təhsili sahəsində reallaşdırılan layihələrdən danışıb.

Səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov ölkəmizdə turizmin inkişafı sahəsində həyata keçirilən nəhəng layihələrdən danışıb, bu sahənin ölkə rəhbərliyinin diqqətində olduğunu qeyd edib. O, 2011-ci ilin Azərbaycanda “Turizm İli” elan olunduğunu, yay turizmi ilə yanaşı, qış turizm mərkəzləri olan Qusarda “Şahdağ”, Qəbələdə “Tufandağ” kimi müasir dünya standartlarına cavab verən istirahət turizm mərkəzlərinin yaradıldığını söyləyib, turizm təhsili sahəsində həyata keçirilən işlər və Azərbaycan Turizm və Menecmentlik Universiteti haqqında məlumat verib.

Samir Abbasov Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ölkədə turistlərin sayının son statistikasına dair məlumatlarını açıqlayıb, bu ilin 8 ayında Azərbaycana 1 milyon 818 min turistin gəldiyini və dövlətin əsas hədəfinin 2020-ci ilə qədər turist sayının 4-5 milyona çatdırılması olduğunu qeyd edib.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölkəyə gələn turistlər üçün qaydaların asanlaşdırılması məqsədilə elektron “ASAN viza” sisteminin yaradılması barədə məlumat verilib. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin – Avropa və İslam oyunlarının, Formula- 1 yarışması, Bakı Şopinq Festival və digər tədbirlərin turizmin inkişafına böyük təkan verdiyi vurğulanıb.

Tədbirdə ötən 3 ildə özbək turistlərin Azərbaycana cəlb olunması və bu istiqamətdə həyata keçirilən işlər, iki ölkə arasında turizm sahəsinin perspektivlərdən danışılıb. Azərbaycan turistlərinin Özbəkistana da cəlb olunmasının vacibliyi barədə Özbəkistanın turizm ekspertləri xüsusi təkliflər səsləndiriblər.

Tədbirdə AMM-nin ölkəmizin turizm potensialı, turizm obyektləri və regionlara təşkil olunan turizm turlarına dair hazırladığı xüsusi videomaterial nümayiş etdirilib.

Konfransda fəal iştirak edən qonaqlar təşkilat komitəsinin fəxri fərmanları ilə təltif edilib. Mükafatlandırılanlar arasında Samir Abbasov da var.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir