Cümə , Noyabr 22 2024
azenru
Home / Destinasiyalar / Barselona, Paris, Praqa, Roma cəmi 29 Avroya – MÜTƏXƏSSİSLƏR NƏ DEYİR ?

Barselona, Paris, Praqa, Roma cəmi 29 Avroya – MÜTƏXƏSSİSLƏR NƏ DEYİR ?

Macarıstana məxsus “Wizz air” hava yolları şirkəti rəsmi saytında Gürcüstanın Kutaisi şəhərindən Barselona, Paris, Roma, Praqa şəhərlərinə birbaşa reyslər açdığını elan edib.

TravelNews.Az xəbər verir ki, hazırda “Wizz air”in rəsmi saytında biletlər “Discount Club” üzvləri üçün satışdadır. Oktyabr ayının 20-dən etibarən biletlər hər kəs üçün satışa buraxılacaq. Uçuşlar isə 2018-ci ilin mayından start götürəcək.

Qeyd olunan ilkin qiymətlər belədir :
Kutaisi-Roma – 24.99 AVRO
Kutaisi-Paris – 29.99 AVRO
Kutaisi-Barselona – 29.99 AVRO
Kutaisi-Praqa – 24.99 AVRO

Məsələylə əlaqədar əməkdaşlarımız səyahətçi blogger, www.azikiss.me blogunun yaradıcısı Azər İsmayıldan müsahibə alıb:

Məlum məsələyə və göstərilən qiymətlərə inanmayanların sayı çoxdur, hətta bunun xəbər olaraq qalacağını deyənlər var, sizin buna münasibətiniz necədir?

– Öncə qeyd edim ki, yeni reyslər gözlənilən idi. Çünki hər dörd şəhər Barselona, Paris, Praqa və Roma Avropanın ən çox ziyarət olunan şəhərləridir. Bu sadəcə anons yox, həm də satışın başlanması xəbəri idi. Uçuşlar may ayından başlayacaq və artıq biletləri almaq olar.

Əgər satışlar başlasa, o zaman bazarda bizi nə kimi dəyişikliklər gözləyir?

–  Bu reysləri AZAL da Bakıdan birbaşa edir. Amma qiymətlər 800- 1000 azn civarındadır. Kutaisidən isə 25 avro yəni 50 manatdan bir tərəfə başlayır. Qiymətə böyük əl baqajı da daxildir. Məncə, AZAL indidən tədbirlər görməlidir. Çünki arada 10 dəfə qiymət fərqi var. Razıyam ki, seqment və hədəf qrupu fərqlidir. AZAL “full service” göstərir. Amma orta büdcəli turistləri bir qədər tərəddüdə salacaq və nəticə etibarı ilə Kutaisidən uçanlar çoxalacaq.

Qiymətin bu qədər aşağı olmağı nəyin göstəricisidir? İnsanlar çox vaxt qorxur ki, bu tip aviabiletlər təhlükəlidir, təyyarələr nasazdır və s.

– Aşağı qiymətin ilk səbəbi azad rəqabət mühitidir. Bu mühit Gürcüstanda yaradılıb. İnsanlara seçim şansları verilib. Misal üçün, sən Tiflisdən “Georgian Airways”la Londona gediş-gəliş biletini 400 avroya amma eyni zamanda, Kutaisidən “WizzAir”lə 50-60 avroya da ala bilərsən. İnsanlara bu seçim imkanı yaradılıb. Biletin ucuz olmasının digər səbəbi biletin baza qiymətinə yalnız uçuşun daxil olduğudur. Yəni, əgər, sən aeroportda qeydiyyat, əlavə 23kq-lıq baqaj, təyyarədə qidalanma, pəncərə önündə və ya qəza çıxışlarında əyləşmək istıyirsənsə əlavə ödəniş etməlisən. Hətta təyyarəyə ilk giriş (priority pass) üçün də əlavə ödəniş tələb olunur. Bu payızdan etibarən baza qiymətinə böyük əl baqajı da daxil ediblər. Büdcəsinə qənaət edən turistlər üçün baza qiyməti tam qane edir və nəticədə təyyarə dolu olur.

“WizzAir”in təyyarələrinin demək olarki hamısı yenidir. Bundan əlavə təyyarələr Avropa Birliyinin təhlükəsizlik tələblərinə ciddi riayət edirlər. Odurki təyyarələrin təhlükəli olması sadəcə mifdir.

Sonuncu sual isə, necə düşünürsünüz, bu tip qiymətləri “Buta Airways”da gözləmək olar? 

– “Buta Airways”dən hələki, gözləmirəm. Çünki Avropaya Butanın “anası” AZAL uçur. Amma Buta ilə Kiyevə, İstanbula ucuz uçub oradan Avropaya daha ucuz uçuşlar etmək mümkündür. Bu haqda bloqumda geniş yazmışam.

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir