Cümə , May 17 2024
azenru
Home / Tədbirlər / Rusiyada Azərbaycan turizminə aid ilk tədbir keçirilib

Rusiyada Azərbaycan turizminə aid ilk tədbir keçirilib

Oktyabrın 9-da Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyində bu ölkənin 100-dək turizm şirkətinin iştirakı ilə ölkəmizin turizm potensialının təqdimatı məqsədilə keçirilən silsilə tədbirlərin ilki keçirilib.

TravelNews.Az Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, tədbir Rusiya Federasiyasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təmsilçiliyini həyata keçirən “Tour A Vent” şirkətinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə “Şahdağ Turizm Mərkəzi”, “Qafqaz”, “Absheron Hotel Group”, eləcə də “Fairmont” və “Rixos” mehmanxanaları iştirak edib. Tədbir çərçivəsində hər bir mehmanxananın imkanlarını əks etdirən təqdimatlar baş tutub.

Qeyd edək ki, növbəti günlərdə silsilə tədbirləri çərçivəsində Sankt-Peterburq, Kazan və Yekaterinburq şəhərlərində də müvafiq təqdimat tədbirlərin keçiriləcək.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir