“Bakı Şopinq Festivalının ikinci dəfə keçirilməsi ölkə iqtisadiyyatının möhkəmlənməsi üçün yaxşı fürsətdir”.
TravelNews.Az xəbər verir ki, İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari bakushopfest.com saytına açıqlamasında belə deyib.
Diplomat bildirib ki, festivalın endirim fürsətləri şopinqsevərlər üçün geniş imkanlar yaradır.
“Bu festival bir çox ölkələrin, o cümlədən keyfiyyətli İtaliya brendlərinin də tanıdılması üçün yaxşı fürsətdir.Mən özüm də Bakı Şopinq Festivalın sərfəli təkliflərindən yararlanmağa çalışacam”, – deyə italiyalı diplomat bildirib.