Bazar ertəsi , May 20 2024
azenru
Home / Destinasiyalar / Bolqarıstan – yeni turlar, kurortlar, qiymətlər – MÜTƏXƏSSİS RƏYİ

Bolqarıstan – yeni turlar, kurortlar, qiymətlər – MÜTƏXƏSSİS RƏYİ

Oktyabrın 18-dən Buta Airways Bolqarıstanın paytaxtı Sofiyaya bilet satışına başladı. Bunun nəticəsində turizm agentliklərində yeni turlar və yeni qiymətlər ortaya çıxdı, vətəndaşların bu şəhərə marağı daha da artdı. Bu haqda suallarımızı Turizm.Az şirkətinin Getmə turizm departamentinin rəhbəri Ülfanə Mahmudova cavablandırıb.

– Turistlər nə üçün Bolqarıstanı seçməlidir?

– Sofiya Avropanin en qədim paytaxt şəhərlərindın sayılır , təqribi 2500 illik tarixi var. Qədim Frakiyanin paytaxtı olub və saysız tarixi hadisələr şahidi olub . Son olaraq XIX əsrdə Osmanlı imperiyasindan ayrılaraq müstəqillik qazanıb. Elə bu səbəbdən Sofiyada bir neçə mədəniyyətin tarix nümunələrinin şahidi ola bilərsiniz. Digər bir səbəb qiymət münasibliyi. Sofiyada və ümumiyyətlə Bolqarıstanda çox münasib qiymətə qidalana, gəzə və alış-veriş edə bilərsiniz. Səbəblərdən biri də bu ölkənin rəngarəng təbiətidir. Bansko , Pamporova, Borovets kimi dağ-xizək kurortlarında siz doyunca əylənə və münasib qiymətə qidalana bilərsiniz. Yay istirahətinizi isə Bolqarıstanın qumlu çimərlikərində yadda qalan etmək imkanınız artıq daha əlçatandır.

– Yeni – 29 AVRO-dan başlayan biletlər bazarda hansı dəyişikliklər səbəb olub?

– “Buta Airways”in biletləri sayəsində Bolqarıstan turistlərimizin maraq dairəsinə daxil olub. Buna qədər Bolqarıstana gedən turistlər daha ekonom yollar axtarırdı. Bakıdan İstanbula gedib oradan avtobusla yola davam edirdilər. Bu da yorğunluğa səbəb olurdu. Turistlərin əksəriyyəti bu seçimdən imtina edirdilər. Bu biletlər isə turistlərə rahatlıq və komfort gətirdi.

– Bu biletlərdən sonra yeni turların qiymətləri necə olacaq?

– Hazırki qiymətlər çox münasibdir. Təsəvvür edin, 7 gecə otel, səhər yeməyi, transfer, sığorta və baqaj daxil olan aviabiletin daxil olduğu tur cəmi 295 AVRO-dur. Bu qiymətlər Bansko dağ-xizək kurortuna aiddir. Bansko kazinoların qanuni olduğu şəhərlər siyahısındadır. Bundan başqa bu kurort əyləncə məkanları ilə seçilir. Onu da qeyd edim ki, Bolqarıstan bahalı ölkə olmadığına görə burada sizin “Ski pass” -lara və əlavə qidaya çox xərciniz çıxmayacaq.

 

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir