Bazar , May 19 2024
azenru
Home / Blog / Uzun uçuşlar zamanı necə geyinməliyik ?

Uzun uçuşlar zamanı necə geyinməliyik ?

Geyim insanların daxili dünyalarını və onların duyğularını əks etdirir. Geyimlərimizi mövsümə və səyahət etdiyimiz məkana uyğun seçməliyik. Geyindiyimiz paltar daha rahatdırsa, səfəriniz arzuolunan səviyyədə olacaq. Səyahətlərimiz zamanı müxtəlif növ insan və geyimlərlə qarşılaşırıq. Bəs uzun uçuşlar zamanı nə geyinsək bizə daha rahat  olar? Təcrübə nə deyir?

TravelNews.Az-ın bu araşdırması uzun uçuşlar zamanı bizə geyim seçməkdə yardım edəcək.

Düzgün ayaqqabı seçimi edin. Daha rahat olmaq üçün seçiminiz idman ayaqqabıları olmalıdır. Bu ayaqqabılar sizə səyahət boyunca problem yaratmaz. Hündür daban ayaqqabılar sizi daha çox narahat edəcək. Bununla yanaşı fövqəladə hallar zamanı hündür daban ayaqqabılar böyük problemlər yaradır və hərəkətin sürətini aşağı salır.

Qat-qat geyinməyə çalışın. Gedəcəyiniz ərazinin iqlim şərtlərini araşdırmalı və əvvəlcədən necə geyinəcəyinizi düşünməlisiniz. Soyuq yerlərə səyahət edəndə uçuş zamanı qat-qat geyinməyə çalışın. Çünki təyyarədə tempratur arta bilər. İsti geyim bu zaman narahatlıq yaradacaq. Qat-qat geyindiyiniz zaman tempratur artıqca paltarlarınızdan birini çıxara bilərsiniz.

Ətirlərdən az istifadə edin. İstifadə etdiyiniz ətir digər sərnişinləri narahat edə bilər. Parfüm əvəzinə təmiz , yeni yuyulmuş , rahat paltar seçə bilərsiniz.

Dəri geyimdən uzaq olun. Günümüzdə dar geyimlər üstünlük təşkil edir. Dar paltarların seçilməsi səyahət zamanı sıxılmağınıza səbəb olacaq. Uçuşlar zamanı bədəninizi sıxan geyimlər tərləməni artırır və qan dövranını azaldır. Uzun səfərlər zamanı daha rahat geyim seçmək münasibdir.

Müəllif: Aydan DÜNYAMALIYEVA

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir