Cümə axşamı , Noyabr 21 2024
azenru
Home / Destinasiyalar / MDB ölkələrinə, Türkiyə və İrana reyslərin açılması nəzərdə tutulub – BUTA AİRWAYS

MDB ölkələrinə, Türkiyə və İrana reyslərin açılması nəzərdə tutulub – BUTA AİRWAYS

Növbəti illərdə mülki aviasiyanın inkişafı istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçiriləcək.

TravelNews.Az “APA-Economics”-ə istinadən xəbər verir ki, bu, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əksini tapıb.

Sənəddə vurğulanıb ki, milli aviadaşıyıcının (“Azərbaycan Hava Yolları” QSC, AZAL) səmərəli fəaliyyətinin və gəlirliliyinin artımının təmin edilməsi məqsədilə yaradılmış aşağı büdcəli aviaşirkətin (“Buta Airways”) uçuş coğrafiyasının genişləndirilməsi çərçivəsində MDB ölkələrin, Türkiyə və İrana reyslərin açılması nəzərdə tutulub. Mülki donanmanın maddi-texniki bazasının genişləndirilməsi üçün orta uçuş məsafədə istifadə olunan “Embraer” təyyarələri alınacaq, mövcud hava gəmilərinin, onların mühərriklərinin əsaslı təmiri və bərpası aparılacaq.

Həmçinin qeyd edilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində hava məkanından səmərəli istifadə, strategiya və inkişaf üzrə yeni aeronaviqasiya mərkəzinin tikintisi, Yevlax HavaLimanında radar sisteminin inşası, Zaqatala Beynəlxalq HavaLimanında uçuş-enmə zolağının uzadılması, perronun yenidən qurulması və Naxçıvan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının genişləndirilməsi layihələri həyata keçiriləcək.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir