Çərşənbə axşamı , Dekabr 3 2024
azenru
Home / Nəqliyyat / İki gündən sonra Bakıdan uçuş terminalı dəyişir – BUTA AİRWAYS

İki gündən sonra Bakıdan uçuş terminalı dəyişir – BUTA AİRWAYS

Oktyabrın 29-dan etibarən “Buta Airways” lou-kost aviaşirkəti Bakıdan bütün uçuşlarını Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal 2-nin Şimal girişi vasitəsilə yerinə yetirilməyə başlayacaq.

Loukoster gələn reysləri isə əvvəlki kimi Terminal 1-ə yerinə yetirməyi planlaşdırır.

TravelNews.Az xəbər verir ki, terminal 2 mülki hava limanlarının istismarı üzrə bütün beynəlxalq tələblərə cavab verir. Terminalda kafe və restoranlar, “Duty Free” rüsumsuz ticarət mağazaları fəaliyyət göstərir. Hava limanının bütün ərazisində pulsuz yüksək sürətli internet (Baku Airport Free Wi-Fi) təklif olunur.

Həmçinin, uçuş terminalının dəyişməsi ilə əlaqədar olaraq, BakuBus H1 Airport Express ekspress avtobusunun marşrutu da dəyişəcək. Terminal 2-nin uçuş zonası qarşısında əlavə dayanacaq olacaq. Avtobus hər yarım saatdan bir Heydər Əliyev Beynəlxalq Aeroportu və Bakının mərkəzi  (“28 May” metro stansiyası) arasında “Koroğlu” metrostansiyasının yaxınlığında qısa müddətli dayanmaqla hərəkət edir.

Əlavə məlumat üçün terminallardakı məlumat köşklərindəki əməkdaşlara, (+994 12) 497 27 27 telefon nömrəsi vasitəsilə aeroportun 24 saat fəaliyyət göstərən çağrı mərkəzinə, həmçinin Facebook sosial şəbəkəsində rəsmi səhifəsinə müraciət etmək olar: www.fb.com/BakuAirport

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir