Cümə axşamı , Noyabr 21 2024
azenru
Home / Tədbirlər / Almaniyada turizm sahəsində əməkdaşlıq müzakirə edilib

Almaniyada turizm sahəsində əməkdaşlıq müzakirə edilib

Noyabrın 21-22-də Almaniyanın Berlin şəhərində Azərbaycan-Almaniya yüksək səviyyəli İşçi Qrupun 7-ci iclası keçirilib.

TravelNews.Az xəbər verir ki, tədbir çərçivəsində Azərbaycan və Almaniya arasında müxtəlif sahələr, o cümlədən turizm sahəsi üzrə əməkdaşlığa dair müzakirələr aparılıb. İşçi qrupun 7-ci iclasında Azərbaycanı Mədəniyyət və Turizm, İqtisadiyyat, Kənd Təsərrüfatı Nazirlikləri, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycanın Almaniyadakı Səfirliyi, Azərbaycanın Polşa üzrə Ticarət nümayəndəliyi, “Socar” və Azərbaycan İnvestisiya Şirkətinin nümayəndələri təmsil olunublar.  Qeyd olunan tədbirdə Mədəniyyət və Turizm Nazirliyini Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov təmsil edib.

Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mahir Qəhrəmanov Azərbaycan və Almaniya arasında turizm əməkdaşlığı sahəsində məlumat verilib. Almaniya Əməkdaşlıq Təşkilatı (GİZ) tərəfindən  Azərbaycanın qərb bölgəsində həyata keçirilən “Özəl Sektorun İnkişafı və Peşə Təhsili və Təlimi” və “Gəncə-Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək” layihələrində turizmin inkişafı məsələlərin yeni olmasını xüsusi vurğulamış və 2018-ci ildə turizm sahəsində birgə əməkdaşlığa dair təklifləri təqdim edilib.

Qeyd edək ki, Almaniya tərəfi də turizm sahəsində Azərbaycanla əməkdaşlığa böyük maraq göstərir.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir