Cümə , May 3 2024
azenru
Home / Təşkilat və Operatorlar / Azərbaycana gələn turistlərin sayı ötən ilə nisbətən artıb – STATİSTİKA

Azərbaycana gələn turistlərin sayı ötən ilə nisbətən artıb – STATİSTİKA

Cari ilin yanvar ayında 185 913, fevral ayında isə 166 161 nəfər xarici vətəndaş Azərbaycana gəlib.

TravelNews.Az Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, ümumilikdə 2 ay ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 352 074 təşkil edib. Onlardan 103 245 Rusiya Federasiyası, 87 649 Gürcüstan, 48 657 Türkiyə, 28 111 İran, 13 064 Birləşmiş Ərəb Əmirlikləri  71 348 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Dövr ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşlarının xüsusi çəkisi daha çox olub və müvafiq olaraq 29.3 faiz, 24.8 faiz, 13.8  faiz və 7.9 faiz təşkil edib.

Qeyd edək ki, 2017-ci ilin 2 ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 313 418 təşkil edib ki, onlardan 159 262 nəfəri yanvar ayında, 154 156 nəfəri isə fevral ayında gəlib. Ötən ilin 2 ayı ilə müqayisədə cari ilin müvafiq dövründə Azərbaycana 38 656 (12.3%) nəfər çox xarici vətəndaş gəlib.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir