Dekabrın 5-də Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Qazaxıstanın Almatı şəhərində Azərbaycanın turizm potensialının təbliğinə həsr olunmuş seminar keçirilib.
Seminar zamanı iştirakçılara Azərbaycanın turizm məhsulları, yeni turizm marşrutları, müalicəvi turizm obyektləri, qış turizmi və qolf turizmi haqda geniş məlumat verilib.
Tədbirdə Azərbaycan Turizm Bürosu və ölkədə fəaliyyət göstərən qabaqcıl hotellərin nümayəndəri təqdimatlar keçirərək. Bakı, eləcə də Naftalan, Lənkaran, Siyəzən kimi bölgələrin hotel bazası haqda iştirakçıları məlumatlandırıblar.