Cümə , May 17 2024
azenru
Home / Xəbərlər / İstanbul Hava limanında koronavirus test mərkəzi yaradılıb

İstanbul Hava limanında koronavirus test mərkəzi yaradılıb

Koronavirusla mübarizə üçün görülən tədbirlər çərçivəsində İstanbul Hava Limanında koronavirus test mərkəzi yaradılıb…
“Slot Haber” qəzeti, Türkiyə, 1 iyul 2020-ci il

İstanbul Hava Limanında xaricdən gələn və xaricə gedən sərnişinlər üçün koronavirus testi keçirmək məqsədilə test mərkəzi qurulub. Sərnişinlərdən götürülmüş nümunələr terminaldakı laboratoriyalarda müayinə ediləcək və nəticələr 2 saat ərzində sərnişinə çatdırılacaq.

Gələn və gedən sərnişinlər beynəlxalq terminalın 2 fərqli hissəsində ümumilikdə 5 min kvadratmetr ərazidə istifadəyə verilmiş test mərkəzində PCR testindən keçə biləcəklər.

Mərkəzdə, eyni zamanda, sərnişilərin boğaz və burun nahiyələrindən alınan nümunələr burada yerləşən laboratoriyada emal ediləcək və nəticələr tez bir zamanda hər bir sərnişinə çatdırılacaq.

Nəticələr 2 saat ərzində sərnişinə bildiriləcək.

Test nəticələri 2 saata çıxacaq və qiyməti 110 lirə olacaq. Nəticələr elektron poçtla türkcə və ingiliscə göndərilə və ya çap olunmuş şəkildə verilə bilər.

Həm xaricə gedən, həm də xaricdən Türkiyəyə daxil olan insanlar bu test mərkəzindən faydalana biləcəklər.

İGA Əməliyyatlara Nəzarət Mərkəzinin direktoru Fatih Mere jurnalistlərə verdiyi açıqlamada beynəlxalq xətlərdə 2 fərqli nöqtədə qurulan və ümumi sahəsi 5 min kvadrat metr olan test mərkəzinin gündə 40 min test tutumuna sahib olduğunu bildirib.

Nümunələr İstanbul Hava Limanındakı laboratoriyada yoxlanılacaq.

Test mərkəzi haqqında ətraflı məlumat verən Mere deyir:

“Bu mərkəz Səhiyyə Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin tələblərinə uyğun olaraq, İstanbul Hava Limanında xaricdən gələn və ya xaricə gedənlər içində PCR testi etdirmək istəyən sərnişinlər üçün qurulub. 50 ədəd nümunə kabinetimiz var. 1 saat 2 min test düşür. Yəni 24 saatda 38-40 min test edilə bilər. Türkiyədəki digər heç bir hava limanında laboratoriya quraşdırılmayıb. Sərnişinlərin verdiyi nümunələr heç bir xəstəxanaya göndərilməyəcək, elə burada yaradılan laboratoriyalarda yoxlanılacaq. Bu, bizə xeyli vaxt qazandıracaq. Sahəmiz 4000 kvadratmetrdir. Bundan əlavə, ərazidə 1000 kvadrat metrlik bir sahə də (bilet və baqaj əməliyyatlarının aparıldığı yer) yaradılıb. Cəmi 5 min kvadratmetr ərazidə bu xidməti təmin edəcəyik. Həm gələn, həm də gedən sərnişinləri yoxlamaq üçün hazırlıqlarımız tamamlanıb”.

Testin qiyməti 110 lirədir.

Fatih Mere Səhiyyə Nazirliyinin qərarına əsasən, PCR testlərinin 110 lirə olacağını açıqlayıb.

Mere: “Biz buradan heç bir gəlir gözləmirik. Sərnişinlərin qısa zamanda testdən keçib, stressiz şəkildə uçuşa davam etmələrini təmin etmək üçün verdiyimiz bir xidmətdir. Burada ilk növbədə sərnişinlərdən əvvəl 520 işçimizi testdən keçirdik. Hamısının nəticəsi mənfi oldu. Bu testləri edərkən gördük ki, testin nəticələri 2 saat ərzində sistemə düşəcək və sərnişinlərə çatdırılacaq”.

pia.az

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir