Birləşmiş Ərəb Əmirlikləri xarici turistlərin əmirliyə giriş qaydalarına yenidən nəzərdən keçirib və koronavirus infeksiyasına görə tətbiq edilən bəzi məhdudiyyətləri 24 dekabr tarixindən ləğv edəcək.
Bu barədə Əmirliklərin mətbuat mərkəzi bildirib.
Əvvəla, “yaşıl siyahı” dakı ölkələrdən gələn turistlər iki həftə ərzində özünü təcrid etmədən azaddırlar. Söhbət bu ölkələrdən gedir: Avstraliya, Bruney, Vyetnam, Yunanıstan, Qrenlandiya, Honkonq, Çin, Mavritaniya, Malayziya, Yeni Zelandiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Tacikistan, Tayvan, Tayland, Özbəkistan. Bu siyahının xaricindəki ölkələrdən gələnlər üçün özünü təcrid etmə müddəti 10 günə endirilib.
Hansı ölkədən gəldiyindən asılı olmayaraq, bütün turistlər 96 saatdan gec olmayaraq edilən PCR testinin mənfi nəticəsini təqdim etməli və ölkəyə girişində başqa birini verməlidir. Bundan əlavə, ölkəyə daxil olduqdan bir neçə gün sonra daha bir testin verilməsi məcburi olacaq.
Bundan başqa, əvvəllər virusla bağlı dördüncü və səkkizinci günlərdə testin verilməsi tələb olunurdusa, indi əgər hər hansı bir şəxs ölkədə daha uzun müddət qalırsa, altıncı və on ikinci günlərdə koronavirus testi verməlidir. Bildirilib ki, ölkə təsnifatı iki həftədən bir nəzərdən keçiriləcək.
mənbə: Report.az