Ukraynanın Çernobıl şəhərində 1986-cı ilin aprelində nüvə partlayışı baş verdi. Fəlakətin təsiri ancaq Ukraynada yox, bütün dünyada hiss olunurdu.
TravelNews.Az xəbər verir ki, son illərdə Çernobıl fərqli mövzu ilə gündəmə gəlib. Belə ki illərdir tərk edilmiş şəhər indi turistlərin ən çox ziyarət etdikləri məkana çevrilib.
Qeyd edək ki, ötən il bu şəhəri ziyarət edənlərin sayı 8 minə yaxındır. Çernobıla nüvə sızıntısının təsirini görmək üçün gələnlər 122 AVRO-dan keçməlidir.
Kiçik avtobuslar turistləri fəlakətin yaşandığı bölgənin giriş qapısına gətirir. Bölgəyə daxil olmaq üçün icazə kağızı almaq lazımdır. Ziyarətçilər qaydalarla tanış olduqdan sonra sənədi imzalayır və içəri daxil olur. Səyahət zamanı qidalanmaq, siqaret çəkmək, ətrafdakı əşyalara toxunmaq və yerdə oturmaq qəti qadağandır. Təbii ehtiyacları ödəmək üçün isə yerin altında xüsusi yerlər yaradılıb.
Müəllif: Rafiqa FƏTULLAYEVA