Bazar , May 19 2024
azenru
Home / Tədbirlər (page 28)

Tədbirlər

Azərbaycan Turizm Forumu 2017 TravelNews.Az-da – SON 5 GÜN

Qeyd etdiyimiz kimi noyabrın 25-də Azərbaycan Turizm Forumu 2017 keçiriləcək. TravelNews.Az xəbər verir ki, saat 09:30-da başlayacaq foruma “Holiday İnn Baku” oteli ev sahibliyi edəcək. Ümumilikdə 15 spikerin çıxışı nəzərdə tutulan forumda müxtəlif mövzularda müzakirələr aparılacaq. Nəzərə çatdıraq ki, TravelNews.Az Azərbaycan Turizm Forum 2017-nin media tərəfdaşıdır. Forum başlayandan etibarən saytımızda …

Read More »

IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı başa çatıb – FOTOLAR

IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının bağlanışı olub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirmək, habelə tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən …

Read More »

“Festival Surprizləri”nin təqdim edilməsi davam edir

Bakı Şopinq Festivalı noyabrın 15-də başa çatsa da, alıcıların festival sevincləri hələ bir müddət davam edəcək. Belə ki, “Festival Surprizləri” adlı ani stimullaşdırıcı lotereya biletlərinin alıcılara təqdim edilməsi noyabrın 26-dək davam edəcək. TravelNews.Az xəbər verir ki, əvvəlki günlərdən fərqli olaraq, noyabrın 16-dan etibarən, qalan 10 gün ərzində alıcılara lotereyaların təqdim …

Read More »

“Sən də Azərbaycanı gör” – FOTOSƏRGİ

Ötən ilin fevral ayından Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Türkiyədə fəaliyyətə başlayan ölkəmizin turizm təmsilçiliyi – “Gateway” şirkəti tərəfindən turizm imkanlarımızın tanıdılması istiqamətində addımlar atılır. Mütəmadi olaraq qardaş ölkənin mətbuat səhifələrində Azərbaycanla bağlı yazılar dərc olunur, tanıtım layihələri icra edilir. TravelNews.Az Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən …

Read More »

“Xəzinənin yeni inciləri” Azərbaycan Xalça Muzeyində

Noyabrın 16-da Azərbaycan Xalça Muzeyində “Xəzinənin yeni inciləri” adlı sərgi açılıb. Sərgi Azərbaycan Xalça Muzeyinin yaranmasının 50 illiyi çərçivəsində təşkil edilib. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək muzey əməkdaşlarını təbrik edib. Nazir Azərbaycan xalçasının tarixindən, ölkəmizdə xalçaçılığın inkişafından danışıb: “Xalça bizim mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Xalça ilə …

Read More »

“Bakı Şopinq Festivalın təcrübəsindən istifadə edə bilərik” – XALİD FUDA

Bu günlərdə Bakıda səfərdə olmuş Misirin turizm şəhəri Şarm əş-Şeyxin yerləşdiyi Cənubi Sinay regionunun qubernatoru Xalid Fuda bakushopfest.com saytına müsahibəsində ölkədə turizmin, iqtisadiyyatın, ticarətin inkişafına xidmət edən İkinci Bakı Şopinq Festivalının təşkilini yüksək qiymətləndirib. Festivalın böyük uğurlara imza atdığını deyən qubernatorın sözlərinə görə, turizmin, ticarətin və iqtisadiyyatın inkişaf etdirilməsi baxımından,  festivalın keçirilməsi …

Read More »

Bakıda Turbiznes seminarı keçirilib

Bakıda “Millennium Tourism” şirkətinin təşkilatçılığı ilə Turbiznes seminarı keçirilib. TravelNews.Az xəbər verir ki, “Qafqaz Baku City Hotel”də baş tutan turbiznesdə yerli və xarici turizm şirkətlərinin nümayəndələri iştirak edib, yeni qiymətlər, əlverişli şərtlər və yeni kataloqlarla tanışlıq keçilirib. Seminarda iştirak edən nümayəndələr iştirakçılara Sloveniya Roqask Slatina istirahət mərkəzində istirahətin üstünlükləri, Via Maris …

Read More »

“Şahdağ”da Latın Amerikası rəqsləri üzrə festival keçirilib – FOTOLAR

Noyabrın 11-də “Şahdağ” Turizm Mərkəzində Latın Amerikası rəqsləri üzrə festival keçirilib. TravelNews.Az xəbər verir ki, əvvəlcədən elan edildiyi kimi, festivalda Amerika Birləşmiş Ştatları və İspaniyadan dünya səviyyəli salsa ustaları İvana Adler və Shaka Brown cütlüyü ilə Alba Fernandez və David Moyano cütlüyü iştirak edib, paytaxtımızın ən məşhur Latın Amerika rəqsi …

Read More »

Tələbələrə özəl endirim ! – AZƏRBAYCAN TURİZM FORUMU

Noyabrın 25-də keçiriləcək Azərbaycan Turizm Forumu giriş biletlərində tələbələr üçün endirim elan edib. TravelNews.Az xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universitetinin bütün tələbələrinə və eyni zamanda digər Universitetlərin yalnız Turizm ixtisası üzrə təhsil alan tələbələrinə biletin qiyməti 20 AZN deyil, 15 AZN təşkil edəcək. Bunun üçün http://turizmforumu.az/#bilet keçid edərək, sifariş verdiyiniz …

Read More »

Qış mövsümünün təntənəli açılışı baş tutacaq – ŞAHDAĞDA

“Şahdağ” Turizm Mərkəzi 2017-2018-ci il qış mövsümünün açıq elan olunacağı günü açıqlayıb. TravelNews.Az xəbər verir ki, 16 dekabrda Şahdağda qış mövsümünün təntənəli açılışı baş tutacaq.  Qonaqları “Excellent Band” və Mick Rafiyevin ifasında canlı musiqi, DJ, açıq havada yarmarka, uşaqlar üçün əyləncə və möhtəşəm hədiyyələr gözləyəcək. Qeyd edək ki, ötən illərdə olduğu kimi, …

Read More »