Martın 12-də sona çatan İTB Berlin turizm sərgisində məşhur alman nəşri “Courier” sorğu keçirib. Sorğuda Almaniya vətəndaşlarından yay tətillərini harada keçirəcəkləri soruşulub.
Türkiyənin almanlar üçün ənənəvi tətil ölkəsi olmasına baxmayaraq respondentlərin çoxu bu il ora getməyəcəklərini, səbəbin isə Almaniya və Türkiyə əlaqələrində olan gərginliklər olduğunu bildiriblər.
“Courier” qeyd edib ki, MDB ölkələrinə səyahət edənlərin sayı artıb və bu ölkələr arasında Azərbaycanın – Bakının nüfuzu olduqca yüksəkdir. Alman turistlər yayda istirahət üçün Bakını seçəcəklərini deyiblər.
Xatırladaq ki, 2016-cı ildə Bakı TripAdvisor.com saytının keçirdiyi sorğuda dünyada ən məşhur səyahət məkanları arasında beşinci yerə layiq görülüb.