Bazar ertəsi , May 13 2024
azenru
Home / Təşkilat və Operatorlar / Azərbaycan Turizm Şurasının növbəti iclası keçirilib

Azərbaycan Turizm Şurasının növbəti iclası keçirilib

Oktyabrın 11-də Azərbaycan Respublikası Turizm Şurasının növbəti iclası keçirilib. Şuranın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iclası açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verib.

TravelNews.Az Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda bugünə qədər qəbul olunmuş qərarlar müzakirə olunub, hava nəqliyyatının liberallaşdırılması, aşağı büdcəli reyslərin açılması istiqamətində həyata keçirilən işlərdən danışılıb.

Eyni zamanda Ticarət festivalından və Milli Turizm Təbliğat Bürosundan danışan Nazir, görülən işlərin uğurla icra olunduğunu bildirib: “Məlum olduğu kimi, bu il aprelin 10-dan mayın 10-dək ölkəmizdə ilk dəfə Ticarət festivalı keçirildi. Festival öz uğurları ilə yadda qaldı. İkinci festival isə bu günlərdə – oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək. Budəfəki festival birincidən iştirakçı şirkətlərin və əhatə olunan məhsulların çeşidinin çoxluğu ilə fərqlənəcək. Bu dəfə də festivalda paytaxt sakinləri və şəhərimizin qonaqları üçün bir ay müddətində müxtəlif satış-yarmarkaları və müxtəlif şou-proqramlar təşkil ediləcək.”

Bundan başqa yay turizminin nəticələri haqqında məlumat verilib, regionlarda turizmin inkişaf etdiyi nəzərə çatdırılıb. Azərbaycanın dünya turizm sənayesinin ayrılmaz hissəsi olduğu, bu sahədə beynəlxalq təşkilatlarda uğurla təmsil olunduğu qeyd edilib.

Sonda Şura üzvlərinin turizmin inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələr, gələcək fəaliyyətin təşkili, nəzərdə tutulmuş layihələr barədə fikirləri səslənib. Daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlər üçün cəlbediciliyin daha da artırılması, turizm infrastrukturunun və turist marşrutlarının təkmilləşdirilməsi, habelə elmi tədqiqat işlərinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir