Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauser Bakı Şopinq ilə bağlı açıqlama verib. Festivalın rəsmi saytına danışan nüfuzlu diplomat bu tədbiri çox uğurlu layihə adlandırıb.
Vaxtilə Almaniyanın kansleri Helmut Kollun mətbuat katibi vəzifəsində çalışmış Otto Hauser qeyd edib ki, festivalın dünyada hər il daha çox tanınacağına, bununla da böyük turizm potensialı olan Azərbaycana daha çox turist cəlb edəcəyinə inanır. Otto Hauser Festivalın “çox vaxtında düşünüldüyünü” də vurğulayıb.