Cümə , May 17 2024
azenru
Home / Tag Archives: Azerbaycan turizmi (page 18)

Tag Archives: Azerbaycan turizmi

Türk Hava Yollarından vizalarla bağlı yeni qayda

Türk Hava Yolları vizalarla bağlı yeniliyə imza atıb. TravelNews.Az xəbər verir ki, yeni qaydalara əsasən bilet almış sərnişinlər viza müraciətindən rədd cavabı alarsa və bilet qiyməti qaydalarında “viza müraciəti rəddi zamanı qaytarılabilər” bəndi yoxdursa belə, sərnişinlər Türk Hava Yolları ofisinə gəlib rədd cavabı məktubunu göstərə və biletini geri qaytara bilər.

Read More »

Mədəniyyət və turizm naziri Yevlax şəhərində vətəndaşlarla görüşüb

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri hər ay şəhər və rayonlarda əhali ilə görüşlər keçirirlər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev noyabrın 28-də Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində Mingəçevir, Yevlax şəhərlərindən, Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Laçın rayonlarından vətəndaşları qəbul edib. TravelNews.Az xəbər verir ki, tədbirdən …

Read More »

Sabaha gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən TravelNews.Az-a verilən məlumatına görə: Bakıda və Abşeron yarımadasında Noyabrın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5, gündüz 9-12, Bakıda …

Read More »

“Otelçilikdə PR-in təşkili” mövzusunda seminar keçiriləcək – ELAN

Dekabrın 5-də “Excelsior Hotel & Spa Baku” otelində “Otelçilikdə PR-in təşkili” mövzusunda seminar keçiriləcək. TravelNews.Az AZƏRTAC-a istinadən xəbər verir ki, seminarda “AtaHolding” korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova, “Azərbaycan Public Relation Association” idarə heyətinin üzvü, “Əlibəyov Consulting” şirkətinin rəhbəri Vəli Əlibəyov adıçəkilən mövzuda təqdimatla çıxış edəcəklər. Seminarda otel sahəsində çalışan …

Read More »

Almaniyada turizm sahəsində əməkdaşlıq müzakirə edilib

Noyabrın 21-22-də Almaniyanın Berlin şəhərində Azərbaycan-Almaniya yüksək səviyyəli İşçi Qrupun 7-ci iclası keçirilib. TravelNews.Az xəbər verir ki, tədbir çərçivəsində Azərbaycan və Almaniya arasında müxtəlif sahələr, o cümlədən turizm sahəsi üzrə əməkdaşlığa dair müzakirələr aparılıb. İşçi qrupun 7-ci iclasında Azərbaycanı Mədəniyyət və Turizm, İqtisadiyyat, Kənd Təsərrüfatı Nazirlikləri, Alternativ və Bərpa Olunan …

Read More »

Sabaha olan hava proqnozu – SULU QAR YAĞACAQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən TravelNews.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında                                Noyabrın 25-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şəhərətrafı ərazilərdə isə yağışın arabir sulu qarla qarışıq yağma ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 8-11, Bakıda gecə 3-5, …

Read More »

“Azərbaycanda təcrübə və iş imkanları” mövzusunda seminar keçirilib – FOTOLAR

Noyabrın 23-də Azərbaycan Turizm və Menecment Universitetində Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Menecment kafedrasının birgə təşkilatçılığı ilə ATMU tələbələri üçün “Təcrübə və İş İmkanları” mövzusunda seminar keçirilib. TravelNews.Az xəbər verir ki, seminarda “Socar”, “Azercell”, “Qafqaz hotel”, “Asan Xidmət”  kimi qurumların təcrübə proqramları və işə qəbul qaydaları haqqında məlumatlar …

Read More »

Azərbaycan növbəti turizm sərgisində təmsil olunur

Azərbaycan turizmi “TT Warsaw” sərgisində təmsil olunur. TravelNews.Az xəbər verir ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanın aparıcı turizm şirkətlərinin nümayəndələri Polşanın paytaxtı Varşava şəhərində təşkil olunan sərgidə ölkəmizi təmsil edir. Nümayəndələrimiz həm Polşanın, həm də dünyanın başqa ölkələrindən olan həmkarları ilə görüşlər keçirir, …

Read More »

Azərbaycan Turizm və Menecment Universitetində növbəti konfrans

Noyabrın 21-də Azərbaycan Turizm və Menecment Universitetində “Azərbaycanda davamlı turizm məhsulları” mövzusunda Respublika məqalə müsabiqəsinin yekunlarına həsr olunan konfrans keçirilib.  TravelNews.Az xəbər verir ki, müsabiqə dövlətin turizm siyasəti sahəsində həyata  keçirdiyi  tədbirlərin  və  aparılan  işlərin  cəmiyyətdə  daha  geniş  təbliğ  olunması, davamlı turizm sahəsi  üzrə  aktual  mövzuların  ictimaiyyətin  diqqətinə  çatdırılması  və  …

Read More »

İtaliyada Birinci Azərbaycan Mətbəxi Festivalı keçiriləcək

Azərbaycan mətbəxinin İtaliyada daha yaxından tanıdılması üçün Azərbaycanın İtaliyadakı Səfirliyi, Romanın “Baglioni Hotel Regina” mehmanxanası və İtaliya-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə 29 noyabr – 1 dekabr tarixlərində İtaliyada Birinci Azərbaycan Mətbəxi Festivalı təşkil olunacaq. TravelNews.Az saytının “Report”a istinadən verdiyi xəbərə görə, festivalın açılışı mərasimi 29 noyabr tarixində “Baglioni Hotel …

Read More »