Bazar , May 12 2024
azenru
Home / Tag Archives: turizm xəbərləri (page 10)

Tag Archives: turizm xəbərləri

Sabaha olan hava proqnozu – SULU QAR YAĞACAQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən TravelNews.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında                                Noyabrın 25-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şəhərətrafı ərazilərdə isə yağışın arabir sulu qarla qarışıq yağma ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 8-11, Bakıda gecə 3-5, …

Read More »

Azərbaycan növbəti turizm sərgisində təmsil olunur

Azərbaycan turizmi “TT Warsaw” sərgisində təmsil olunur. TravelNews.Az xəbər verir ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanın aparıcı turizm şirkətlərinin nümayəndələri Polşanın paytaxtı Varşava şəhərində təşkil olunan sərgidə ölkəmizi təmsil edir. Nümayəndələrimiz həm Polşanın, həm də dünyanın başqa ölkələrindən olan həmkarları ilə görüşlər keçirir, …

Read More »

Azərbaycan Turizm və Menecment Universitetində növbəti konfrans

Noyabrın 21-də Azərbaycan Turizm və Menecment Universitetində “Azərbaycanda davamlı turizm məhsulları” mövzusunda Respublika məqalə müsabiqəsinin yekunlarına həsr olunan konfrans keçirilib.  TravelNews.Az xəbər verir ki, müsabiqə dövlətin turizm siyasəti sahəsində həyata  keçirdiyi  tədbirlərin  və  aparılan  işlərin  cəmiyyətdə  daha  geniş  təbliğ  olunması, davamlı turizm sahəsi  üzrə  aktual  mövzuların  ictimaiyyətin  diqqətinə  çatdırılması  və  …

Read More »

İtaliyada Birinci Azərbaycan Mətbəxi Festivalı keçiriləcək

Azərbaycan mətbəxinin İtaliyada daha yaxından tanıdılması üçün Azərbaycanın İtaliyadakı Səfirliyi, Romanın “Baglioni Hotel Regina” mehmanxanası və İtaliya-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə 29 noyabr – 1 dekabr tarixlərində İtaliyada Birinci Azərbaycan Mətbəxi Festivalı təşkil olunacaq. TravelNews.Az saytının “Report”a istinadən verdiyi xəbərə görə, festivalın açılışı mərasimi 29 noyabr tarixində “Baglioni Hotel …

Read More »

Nazir vətəndaşlarlarla görüşəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən 2017-ci ilin noyabr ayının 28-də saat 11ºº-da Yevlax şəhəri Heydər Əliyev Mərkəzində (Nizami prospekti, 61) Mingəçevir, Yevlax, şəhərlərindən, Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Laçın rayonlarından …

Read More »

Bələdçilər nəzəri biliklərlə yanaşı həm də təcrübə qazana biləcəklər – AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycan Turizm Assosiasiyası (AZTA) bələdçilər üçün təlim təşkil edəcək.  Təlimdə bələdçilər nəzəri biliklərlə yanaşı həm də təcrübə qazana biləcəklər. Bunu TravelNews.Az saytına açıqlamasında AZTA sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib. “Təlim rus və azərbaycan dillərində keçiriləcək. Sonda AZTA tərəfindən bələdçilərə sertifikatlar təqdim olunacaq. Beləcə, yalnız azərbaycan dilini bilən bələdçilər məktəblilər, …

Read More »

AZTA ödənişli təlimlər təşkil edəcək

Azərbaycan Turizm Assosiasiyası (AZTA) bələdçilər üçün təlim təşkil edir. TravelNews.Az xəbər verir ki, təlim 2018-ci il yanvarın 15-dən başlayacaq və 3 ay davam edəcək. Dərslər azərbaycan və rus dillərində keçiriləcək. Təlimdə iştirak üçün müraciətlər dekabrın 20-nə kimi qəbul olunur. Qeyd edək ki, iştirak ödənişlidir və 350 AZN təşkil edir.

Read More »

Mingəçevir Turizm Kolleci beynəlxalq əlaqələri genişləndirir – FOTOLAR

2017-ci ilin mart ayında Mingəçevir Turizm Kolleci ilə Rusiya Federasiyasının Sankt-Peterburq Turizm və Mehmanxana Servisi Kolleci arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilənin şərtlərinə əsasən Sankt-Peterburq  Turizm və Mehmanxana Servisi Kollecinin 6 nəfərlik nümayəndə heyəti 9-11 noyabr 2017-ci il tarixində Mingəçevir Turizm Kollecində işgüzar səfərdə olub. Səfər zamanı qonaqlar təhsil müəssisəsi ilə …

Read More »

“Turizm məktəbləri” layihəsinin təqdimatı keçirilib – FOTOLAR

Noyabrın 18-də SeaBay istirahət mərkəzində “Turizm məktəbləri” layihəsinin təqdimatı keçirilib. TravelNews.Az xəbər verir ki, tədbirdə 50-ə yaxın turizm şirkətindən, eyni zamanda KİV-dən nümayəndələr iştirak edib. Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyinin sədri Cəmilə Abdullayevanın sözlərinə görə, layihənin əsas məqsədi turizmin inkişafına dəstək olub, yeniliklər gətirməkdir. Tədbirdə turizm nümayəndələrinin də fikirləri dinlənilib …

Read More »

Bakıda yeni gəzinti küçələri yaradıla bilər

Azərbaycanda turizmin inkişafı məqsədilə Bakıda Nizami küçəsinin “Torqovı” adı ilə tanınan hissəsi kimi daha iki küçənin yaradılması ilə bağlı təkliflər var. TravelNews.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə deyib. K.Quluzadə qeyd edib ki, Mərkəzi Univermaqdan “5 mərtəbə”yə gedən küçələrin ikisinin avtomobil hərəkəti olmadan gəzinti küçəsi …

Read More »