Azərbaycan turizmi Pekində keçirilən “COTTM 2018” beynəlxalq turizm sərgisində təmsil olunur. TravelNews.Az xəbər verir ki, 16-18 aprel tarixlərində Çin Xalq Respublikasının Pekin şəhərində keçirilən “COTTM 2018” beynəlxalq turizm sərgisində ölkəmizi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Azərbaycan Konqreslər Bürosu, “Şahdağ” Turizm Mərkəzi QSC, Azərbaycan Hava Yolları QSC (AZAL), “İçərişəhər” Dövlət …
Read More »Yeraltı dünyanın möcüzəsi – DUZDAĞ MAĞARASI
Naxçıvanı tanıyaq və tanıdaq layihəsi çərçivəsində Əshabi-Kəhf ziyarətgahından sonra möcüzəvi “Duzdağ” Fizioterapiya Mərkəzinə yola düşürük. Mərkəz Naxçıvan şəhərindən 14 km aralıda, dəniz səviyyəsindən 1173 m hündürlükdə yerləşir. 1979-cu ildən fəaliyyət göstərən məşhur fizioterapiya xəstəxansının bazasında müasir standartlar səviyyəsində yaradılıb. Bronxial astma, allergik infeksion peredastma, xroniki bronxit, allergik rinosinusopatiya, polinozlardan əziyyət …
Read More »“Rusiya tərəfi turizmin inkişafının Azərbaycan modelinin öyrənilməsi və tətbiqində maraqlıdır”
Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Eldar Tlyabiçev və “Rusiya eksport mərkəzi” ( АО «Российский экспортный центр») Səhmdar Cəmiyyətinin rəhbəri Nuri Quliyevi qəbul edib. TravelNews.Az xəbər verir ki, görüş zamanı Azərbaycan və Rusiya arasında mövcud turizm münasibətləri və inkişaf perspektivləri müzakirə edilib. Qonaqlar turizm …
Read More »Tümen-Bakı marşrutu ilə birbaşa uçuşlar başlayır
İyun ayının 6-dan etibarən Rusiyanın UTair şirkəti Tümen-Bakı marşrutu ilə birbaşa uçuşların həyata keçirilməsinə başlayacaq. TravelNews.Az xəbər verir ki, uçuşlar həftədə bir dəfə – bazar günləri həyata keçiriləcək. Uçuş Tümenin “Roşino” hava limanından yerli vaxtla 18:00-da, eniş Heydər Əliyev Beynəlxalq Aeroportunda yerli vaxtla 20:30-da olacaq.
Read More »Möcüzəli məkan, müqəddəs ziyarətgah – ƏSHABİ-KƏHF
Naxçıvanı tanıyaq və tanıdaq layihəsi çərçivəsində növbəti virtual səyahət etdiyimiz taixi və müqəddəs məkana – Əshabi-Kəhfə yola düşürük. Naxçıvan şəhərindən təqribən 12 km məsafədə yerləşən dini ziyarətgah Naxçıvan Muxtar Respublikasının gəzib-görməli yerlərindən biridir, hətta bəzi insanlara görə birincisidir. Ziyarətfah Haçadağ və Nəhəcir dağlarının arasında hündürlüyü 1665 metr olan dağda yerləşir. …
Read More »Azərbaycan Konqreslər Bürosu ilə turizm agentlikləri arasında əməkdaşlıq müzakirə edilib
Aprelin 12-də “Four Seasons Baku” mehmanxanasında Azərbaycan Konqreslər Bürosu-AzKB ilə turizm agentlikləri (DMC) arasında əməkdaşlığa həsr edilmiş görüş keçirilib. Müxtəlif təşkilatlardan 70-dək nümayəndənin iştirak etdiyi tədbir zamanı Azərbaycan Konqreslər Bürosuna üzv olmağın üstünlükləri müzakirə edilib. Qeyd edilib ki, büroya üzv olan təşkilatlar Bakı Şopinq Festivalı, MICE – Toplantı, Təşviqat, Konfrans …
Read More »Səfər sığortası barədə yeni qərar qəbul olunub
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və Azərbaycan Turizm Assosiasiyası arasında (AZTA) görüşü təşkil olunub. Görüşdə hər iki assosiasiyanın rəhbər şəxsləri iştirak edib. TravelNews.Az xəbər verir ki, görüşdə ASA və AZTA-nın səfər sığortasının inkişaf perspektivləri və bu sahədə problemli məqamların müəyyən olunması, həmçinin, qarşılıqlı münasibətlərin əməkdaşlıq çərçivəsində inkişaf etdirilməsi ilə əlaqədar müzakirələr …
Read More »Heydər Əliyev Beynəlxalq Aeroportu göstəricilərini yüksəldib – STATİSTİKA
Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk üç ayı ərzində 897 min sərnişinə xidmət göstərib. Bu göstərici ötən ilin analoji göstəricisindən 15 faiz çoxdur. TravelNews.Az xəbər verir ki, “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 362 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 104 min sərnişin düşüb. Beynəlxalq reyslərlə …
Read More »Bəybeyim zirvəsinə yürüş təşkil olunub – FOTO + VİDEOREPORTAJ
Bəybeyim zirvəsinə yürüş təşkil olunub. TravelNews.Az xəbər verir ki, aprelin 11-də Azərbaycan Gənclər Fondunun maddi dəstəyi, dağ turizmi üzrə ixtisaslaşmış “Mountain Host Azerbaijan” və “Nature Discovery Azerbaijan” şirkətlərinin təşkilatçılığı ilə Xızı rayonunda yerləşən Bəybeyim zirvəsinə yürüş təşkil olunub. Yürüş zamanı marşrutun təkmilləşdirilməsi, yol boyu istiqamətverici işarələrin yerləşdirilməsi və nəhayət zirvəyə ilk …
Read More »Naxçıvanı tanıyaq və tanıdaq – FOTOREPORTAJ
Qədim Azərbaycan torpağı Naxçıvan Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir. Yaxın günlərdə Azərbaycandan və dünyanın müxtəlif ölkərlərindən olan turizm şirkətlərinin nümayəndələri bu qədim diyarda bir araya gəlib. Aprelin 8-10-u tarixlərində “Nəqşicahan Holding”in təşkilatçılığı ilə keçirilən “Naxçıvanı tanıyaq və tanıdaq” layihəsi çərçivəsində 200-dən çox iştirakçı Naxçıvan Muxtar Respublikasının turizm …
Read More »